backend

Muxtar Babayevi kimlər və necə aldadır? - Akif Məmmədovun NAZİRƏ XƏYANƏTİ - Şok faktlar

Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxsləri barədə cinayət işi davam edir.

Agcəbədi rayon Taxta körpü qəsəbəsində yaşayan, iş adamı Əsədov Adil Əsəd oglu redaksiyamıza müraciət edərək hazırda Korrupsiyaya Qarşı Mübarizə İdarəsində istintaq işi aparılan Şamaxı Regional Meşə Təsərrüfat Birliyinin sabiq rəhbəri Əfqan Qəribovun qanunsuz işlərinin başında məhz sabiq Departament rəhbəri Namiq Xıdırov və 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Akif Məmmədovun dayandıgıni bildirib. Şikayətci 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Akif Məmmədovun əvvəllər Əfqan Qəribov ilə bir yerdə işlədiyini, yaxın dost olduglarını, Əfqan Qəribovun bütün qanunsuz işlərini Akif Məmmədovun ört-basdır etdiyini vurguladı:

"Akif Məmmədov Əfqan Qəribovla bir yerdə işləyiblər, bir yerdə taxta materiallarını satıblar, ərəblərdən küllü miqdara pul alıb qanunsuz ov etməyə buraxıblar. Məhz ona görə Akifin Əfqanın yanında gözü kölgəlidir, üzdə özünü başqa cür göstərsə də arxada Əfqanı müdafiə edir. Əfqan Qəribov hansı qanunsuzluga yol veribsə Akif Məmmədovun ondan xəbəri olub. Burnunun ucunda İsmayıllı rayonunun Quşencə Bələdiyyəsinin ərazisinin kütləvi qırıntısını, Zeyvə kəndinin və bələdiyyə ərazisinin məhv olmasını necə görməyə bilər?! Akif Məmmədov nəyinsə müqabilində bu qanunsuzluqlarıi nazirlikdən gizlədib, məlumat verməyib".

Şikaətci 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Akif Məmmədovun qol qoydugu başqa faktlar barədə də məlumat verib:

"Akif Məmmədov rəis təyin olunduqdan çox keçməmiş Oğuzda meşə gözətçisi işləyən qardaşı Valeh Məmmədovu sahə rəisi təyin etdirib. Valeh Məmmədovu bölgədə hamı yaxşı tanıyır. O, burada hec kimi saymır, necə deyərlər at oynadır. Onun meşələrdən oğurluq yolu ilə odun daşıyan maşınlarının qarşısını kim kəsə bilər? Bir kəsilmiş ağacın diametrini hesablaya bilməyən bu adama qardaşı böyük bir ərazini həvalə edib, sahə rəisi təyin etdirib. Hazırda İsmayıllıda, Oğuzda və ətraf rayonlarda Məmmədov qardaşlarının ondan çox taxta-şalban və qapı-pəncərə sexi var. Hələ onlara aylıq haqq verən cox sayda gizlin fəaliyyət göstərən sexlərin sayı məlum deyil. Bu sexlərin harada yerləşiyini, kimlər işlətdiyini, qanunsuz yolla kömür, torpaq daşıyanları dögru-dürrüst hər ay haqq yıgıb Akif müəllimə catdıran Rauf və Ramazan adlı şəxslər bilirlər. Xatırladaq ki, 1 maşın materialın dəyəri təxminən 6 min manatdır. Akif müəllim gözdən pərdə asmaq ücün 30 maşından 1-nə cərimə yazır və cəriməni də özü ödəyir".

Şikayətci bildirib ki, ən dəhşətli cinayət Kalvacay ərazisində yerləşən meşə ərazisində baş verib. Belə ki, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Akif Məmmədov "Evrascon” şirkəti ilə əlbir olaraq burada əsl meşə qətlimı həyata keciriblər:

"Təxminən ilyarım olar ki, Muganlı - İsmayıllı yolu cəkilir. Əhalinin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması istiqamətində işlər davam edir. Bu cox yaxşı. Ancaq yolun Kalvacay ərazisində nə baş verib. 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Akif Məmmədov "Evrascon” şirkəti ilə birgə qəribə bir "yenilik" kəşf ediblər. Belə ki, yol tikintisində istifadə edilən torpaq tikinti ərazisinə maşınlarla daşınıb gətirilməli oldugu halda onlar dag yüksəkliyindən torpaq materialını sürüşdürmək yolu ilə əraziyə gətiriblər. Nəticədə eni təxminən 3 klometr meşə zolagı torpaq axıtması zamanı məhv olub. Təxminən müftə 750 min manat pul qazanmaq eşqi onları sevindirsə də, təbiətə baha başa gəlib, əsl meşə soyqımı yaşanıb. Cənab nazir, bu meşə qətliamının bədəlini Akif Məmmədovdan sorgulayan tapılacaqmı?!"

Şikayətci Adil Əsədovun redaksiyamıza təqdim etdiyi digər faktları dəqiqləşdirdikdən sonra dərc edəcəyik. Bizi izləyin!

QAYNARXETT.AZ olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.