backend

İSMAYILLIDA "MEŞƏ MAFİYASI"NIN ARXASINDA KİMLƏR DAYANIR ... - Şok faktlar/Video

İsmayıllıda ekoloji tarazlığın pozulmasına gətirib çıxaran səbəblərin aradan qaldırılması istiqamətində aparılan işlələrin nəticəsi fəlakətlidir. Cünki ən yüksək səviyyədə verilən tapşırıqları aşagılar icra etmirlər. Ekologiya və təbii sərvətlər nazirliyinin regional idarələri meşə təsərrüfatı sahəsini özlərinin əsas gəlir mənbəyinə çevirib. Nəticədə meşələrin mühafizəsi və bərpası bir yana, olan-qalan meşələr də günü-gündən məhv olunur. Dövlətin əlaqədar qurumları meşələrin qırılmasının qarşısını almaq istəmirlər. Niyə, hansı səbəbə, bunun üçün çox baş sındırmağa ehtiyac yoxdur.


Baş verən növbəti qanunsuz əməlləryuxarıda təqdim etdiyimiz video-süjet İsmayıllı 6 saylı regional ekologiya idarəsinin ərazisində lentə alınıb. İsmayıllı rayonunun Sulut yolunun üstündə Bələdiyyə meşəsi ərazisi sözün həqiqi mənasında kütləvi soyqırıma məruz qalıb. Acınacaqlı vəziyyəti lentə alan şikayətci ekoloji vəziyyətin dözülməz olduğunu bildirir və 6 saylı regional ekologiya idarəsinin rəisi Akif Məmmədovu günahlandırır. Dogurdan da, kadırlarda göstərilənlər ürək agrıdır. Meşələrin beləcə vandallıqla məhv edilməsi, qırılaraq taxta istehsal edən sexlərə satılması, kömür istehsal olunması və sair insanda igrah hissi yaradır. Düşünürsən ki, niyə belə qanunazidd əməllərin törədilməsinə "dur" deyən tapılmır.

Məlumdur ki, müvafik sənəd, lesenziya olmadan nə agac kəsmək olar, nə də kömür istehsalı etmək. Ancaq təəssüf ki, İsmayıllı rayonunda bütün satış mərkəzləri, yerli bazar hüquq mühafizə orqanlarının gözü qarşısında kömür istehsal edir, satır və ölkənin ayrı-ayrı yerlərinə daşıyırlar. Nədənsə İsmayıllı 6 saylı regional ekologiya idarəsinin rəisi Akif Məmmədov ərazisində baş verən qanunsuzluqları görməməzlikdən gəlir. Belə çıxır ki, bütün bu neqativ hallara o özü şəxsən "yaşıl işıq" yandırır. Ya da ki, cənab rəis vəzifəsinin öhdəsindən layiqincə gələ bilmir. Hər halda ətrafda baş verənlər bunu deməyə əsas verir.

Daha bir şikayətci isə İsmayillı rayonu Quşencə bələdiyyəsinin sədri Aqşin Həmidlidir. O, QAYNAR.MEDİA-ya bildirir ki, yaxın vaxtlarda Quşencə kəndində sahələrə baxış zamanı bələdiyyə meşələrnin qırıldığı faktıyla qarşılaşıb: " Ərizəyə baxır zamanı təxminən 30-40 ədəd "Vələs ağacı, 15-20 ədəd isə "Palıd" ağacının kəsildiyi məlum oldu. Kəsilmiş ağacların oduncaqlarının əksər hissəsini daşınmış, kiçik bir hissəsi isə həmin ərazidə qalmışdı. Mən həmin ərazilərə yaxın dövlət meşəsinə nəzarət edən Şamil adlı meşə gözətçisinə zəng edərək bununa bağlı bir məlumatının olub-olmamasını soruşdum. Şamil bildirdi ki, həmin qırıntılarla bağlı heç bir məlumatı yoxdur və hal-hazırda xəstə olduğu üçün evdən çıxa bilməyəcək.

Bundan sonra özümün apardığım araşdırmalar nəticəsində həmin ərzidə qalan oduncaq hissələrinin Quşencə kənd sakini Osmanov Alı Dənizxan oğlu tərəfindən kəsildii məlum oldu. Osmanov Alı tərəfimdən bələdiyyəyə dəvət olunaraq həmin ağacların onun tərəfindən kəsilib kəsilmədiyi soruşdum. Osmanov Alı ağacların onun tərəfinfən kəsildiini bidirdi və əlavə olaraq dedi ki, o, meşəyə icazəsiz getməyib. Bir neçə ay əvvəl meşə idarəsindən odun gətirmək üçün icazə aldığını və buna görə ödəniş etdiyini bildirdi. Etdiyi ödəniş qarşılığında ağac kəsmək üçün aldığı icazə vərəqəsini meşə gözətçisi Şamilə təqdim etdiyini də vurguladı.

Bundan sonra Şamil mənə zəng edərək həmin kəsilən ərazinin Dövlət Meşə Fonduna aid olduğunu zənn etdiyi üçün Osmanov Alını həmin əraziyə buraxıldığını söylədi. Qeyd edim ki, bir neçə ay öncə də buna bənzər hadisə olmuşdu. Odun qırmaq üçün meşə idarəsindən ödəniş edərək rəsmi icazə almış Quşencə kənd sakini Mitəlov Teymur Asvar oğu kəndi ərazisində "erməni əbirstanlığı" adlanan ərazidən odun qıraraq gətirdiyi zaman ona köməyə getmiş Cəbiev İmran Niyai oğlu maşının üstündən yıxılaraq vəfat etmişdi (Hazırda hadisə ilə bağlı cinayət işi davam etməkdir). Həmin ərazinin də sonradan bələdiyyəyə məxsus olduğu müəyyən olmuşdur.

Qeyd etmək istəyirəm ki, adları qeyd edilmiş hər iki şəxsin Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzindən və ekologiya idarəsindən odun qırmaq üçün iczə vərəqi almağına baxmayaraq odunun dövlət meşəsindən deyil bələdiyyə meşəsindən qırmaqları müəmmalı olaraq qalır."

Quşencə kənd bələdiyyəsinin sədri Aqşin Həmidli aşıaqıda QAYNAR.MEDİA-ya verdiyi müsahibədə bu barədə geniş məlumat verir. O bildirir ki, bütün bu qanunsuzlugun arxasında İsmayıllı 6 saylı regional ekologiya idarəsinin rəisi Akif Məmmədov durur.
Bəli, aidiyyatı qurumlara həyacanla bildiririk ki, İsmayıllıda ekologiyanın vəziyyəti dözülməz həddədir. Əgər təcili tədbir görülməzsə, bu böyük problemlər yaradacaq. Meşələr durmadan qırılır, meşələrdəki istirahət mərkəzlərinin tikintisi qanunsuz olaraq həyata keçirilir. Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzi və İsmayıllı 6 saylı regional ekologiya idarəsinin rəhbərləri bu sahəni korporativ maraqlarına qurban verirlər. Qeyd edəkk ki, rayon hüquq mühafizə orqanlarının "haqqı" çatdığı üçün baş verənlərə göz yumulur. Gündüzlər qırılan meşələr gecə saatlarında gizli yollarla Ağdaş və Göyçay rayonlarına taxta sexlərinə daşınır və sair...

Mövzu ətrafında araşdırmalarımız davam edir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq

QAYNAR.MEDİA