İsmayıllının Qurbanəfəndi kənd sakini Ceyhun Ələddin oğlu Qurbanov QAYNAR MEDİA-ya müraciət edərək bildirir ki, İsmayıllı meşələrində "yaşıl soyqırımı" barədə mətbuata şikayət etdikdən sonra nazirlikdən faktların araşdırılması məqsədilə yoxlama aparılacagı barədə məlumat verilmişdi:
"Qeyd edim ki, mənim mətbuata verdiyim video-şikayətim barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oktay adlı şəxs rayona yoxlamaya gəlməli idi. Neçə gündür ki, müxtəlif bəhanələrlə məni aldadırdı. Mən örgəndim ki, bu adam Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadənin işçisidir, ən yaxın adamıdır. Mətbuatda bir daha müracətimdən sonra nəhayət yoxlama üzvləri bu gün İsmayıllıya gəliblər və mənim də iştirakımla faktları yoxlamaga başlayıblar."
Şikayətci bildirir ki, nazirlidən gələn yoxlama üzvləri Oktay və Cəmil adlı şəxslərin hər ikisi Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadənin işciləridir:
"Ərazidə olan bütün kəsilmış müxtəlif növ agaclar müayinədən kecirildi. Əksəriyyətinin qanunsuz kəsildiyi məlum oldu. Sizə təqdim etdiyim foto-şəkillərdə göründüyü kimi kəsilən ağacların üzərində möhür nömrəsi yoxdur. Baxın belə saxtakarlıqlarla meşələrimiz necə məhv olunur. Bu adamlar quruyub yerə düşmüş cır-cırpı yıgana küllü miqdarda cərimə yazırlar, ancaq özləri ekologiyamızı kütləvi şəkildə məhv edib satırlar, var-dövlət yıgırlar, onlara "gözün üstündə qaşın var" deyən yoxdur. Kecmiş nazirin dövründə belə hərki-hərkilik olmayıb. Böyük bir mafyoz meşə cəlladları tərəfindən gözümüz önündə meşələrimiz, ekologiyamız məhv edilir. Təkcə bir fakt deyim, Akif Məmmədov yeşik taxtaları və parket sexlərindən, torpağın üst qatının daşınmasından, şebel assebd və karxanalardan təqribən ayda 58.000 manat pul yığır və Hikmət Əlizadə ilə bölüşdürür. Təbii ki, bu adamlar gizli və ya acıq surətdə bir-birini müdafiə edirlər. Bu adamlar məsuliyyətə cəlb olunmalıdırlar."



























