backend

Sahil Babayevin Lənkərandakı CANİŞİNLƏRİ... - Satirik qələmlə


Məmləkətimizdə ünvanlı sosial yardımı almağa və ehtiyacı olan ailələrin sayı- hesabı heç kimə bəlli deyildir. Lakin, bu istəkləri hörmətli nazirimiz Sahil Babayevin yerlərdəki canişinləri müxtəlif üsullarla elə ürəklərdə də dondururlar. Belə bir hadisə məmləkətimizin Lənkəran diyarında çox kasıb bir ailə həyatı keçirən, həyat yoldaşı həbsxanada məhkumluq həyatı keçirən, özü və iki azyaşlı övladları ilə birlikdə Lənkəran şəhəri Vassab küçəsi 23 ünvanında atasıMürüvvətin himayəsində yaşayan Səmədoiva Ülviyyə Mürüvvcət qızının dabaşına gəlmişdir. Ailənin yeganə dolanışıq yeri Ülviyyənin atası Mürüvvətin aldığı müavinətidir.

Günlərin bir günündə Ülviyyə xanım xəbər tutur ki, Dövlət imkanı olmayan ailələrə, yəni imkansız ailələrə Ünvanlı Sosial Yardım verir. Fikirləşir ki, Lənkəranda bizim ailəmizdən çətin həyat təırzi keçirənlərin sayını barmaqla saymaq olar. Ona görə də bizim ailəmizin Dövlət tərəfindən Ünvanlı Sosial Yardım almagımıza heç şübhəsiz ki, heç kim etiraz etməz. Beləliklə, Ülviyyə xanım Ünvanlı Sosial Yardım almaq üçün sənədləri toplamaq fikrinə düşür. Ilk öncə Ünvanlı Sosial Yardım almaq üçün həbsxanada olan həyat yoldaşından arayış və almaq fikrinə düşür.

Həbsxanaya gedən tanış adamlardan birindən xahiş edir ki, bizim Ünvanlı Sosial Yardım almağımız üçün həbsxanadan lazım olan sənədləri alıb gətirsiiin. Həbsxanadan isə həmin şəxsə cavab verirlər ki, həmin sənədləri almaq üçün Ülviyyə ya özü gəlməlidir, ya da kimə isə etibarnamə verməlidir. Beləliklə, Ülviyyə xanım 12 manat natariusa ödəyərək etibarnamə verir. Sonra isə həmin etibarnaməni Bakı şəhərinə lazımi şəxsə çatdırmaq üçün daha 10 manat da verir. Nəhayət həbsxanadan lazım olan sənədləri toplayır. Sonra isə Ünvanlı Sosial Yardım almaq üçün lazım olan digər sənədləri toplamağa. Beləliklə, o, yaşayış yerindən arayış almaq üçün Lənkəran Şəhəri İcra Hakimiyyətinin Şəhər Ərazi Nümayəndəliyinə 10 manat ödəyir. Sonra isə 18 manat natariusa ödəyir. Daha sonra isə yenidən işlıq və qaz üçün lazım olan sənədləri də alaraq bir nəfər tapır ki, həmin sənədlərin üzünü Ünvanlı Sosial Yardım almaq üçün Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Fonduna göndərmək üçün bir nəfər şəxs tapır. Həmin adam da sənədləri göndərmək üçün Ülviyyə-dən daha 10 manat da pul alır. Indi Ülviyyə evində oturub Ünvanlı Sosial Yardım Komissiyasının gəlişini gözləməkdə olsun, lakin nazirliyin Lənkəran şəhərindəki səlahiyyətli canişinlərinin də Ülviyyənin pul ilə birlikdə onların otaqlarını açmasını səbirsizliklə gözləməklərində olmasında olsunlar.


Onlar az gözləyirlər, çox gözləyirlər, lakin Ülviyyədən heç bir səs çıxmır ki, çıxmır. Beləliklə, günlərin bir günündə həmin yardım komissiyası Ülviyyəgilin həyətlərinə girir. Onlar Ünvanlı yardımın təyin olması üçün gəldiklərini bildirirlər. Hansısa sənədə imza atmağı Ülviyyədən xahiş edirlər. Ülviyyə də həmin kağız parçasına imza atır. Daha sonra onları çay içməyə dəvət edir. Onlar çay işməyib gedirlər. Getdikdən 5 dəqiqə sonra isə mənzil şəraitinin baxılmasına şərait yaradılmamasına görə Ülviyyə xanıma Ünvanlı Sosial Yardım verilməsinə dair ərizəsinə imtina cavabı gəlir. Ülviyyə çox yerə bu haqda məlumat versə də, ona heç bir yardım olunmayır ki, olunmayır. Nazirlikdən cavab gəlir ki, sən gərək yenidən həmin xərcləri çəkib, müraciət edəsən.

P.S

Qeyd edək ki, hörmətli nazirimiz Sahil Babayevin özünün şəxsi imkanları olduqca yaxşı olduğu üçün imkansız ailələırin nələr çəkdikləri nə onu nə də onun canişinlərini heç nə maraqlandırmır. əhali nazirliyiyə işlə təmin olmaq üçün ərizə versə də nazuirliyin Məşğulluq şöbələrində illərlə qab yumaq üçün, yol süpürmək üçün gecə-gündüz nöpvbə gözləyənlərin saylarını yalnız nazirliyin əməkdaşları bilirlər, bir də bizi yaradan ulu ALLAH bilir. Elə, onu da qeyd edək ki, özünəməşğulluq sahəsində də hansısa avadanlığı, yaxud da mal- heyvan yolunu illlərlə gözləyənlərin sayları da məhdud deyildir.

Beləliklə, yuxarıda qeyd etdiklərimizi nəzərə alaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevlə Lənkəran rayon DSMF-nin müdiri Ramiz Əzimov arasındakı diuoloqu “İynə” aşağıdakı kimi qələmə aldı.















Sahil Babayev:
-Gəl səni Ramiz qağa təyin edim Lənkərana.
Gərəkdir bununçun yaxşı baxasan qağana.

Ramiz Əzimov:
-Yaxşı tanımayırsan Sahil, sən Ramiz qağanı.
Təyin et göndərərəm yağ, ət, həm də qaymağını.

Sahil Babayev:
Hər cürə imkanı mən verəcəyəm sənin üçün.
Gərək qazanc verəsən Lənkəranda mənim üçün.

Ramiz Əzimov:
-Yaradarsansa əgər, imkanları mənim üçün.
Nə qədər qazanc desən, mən verərəm sənin üçün.

Sahil Babayev:
-Gərəkdir yardımları tən böləsən millət ilə.
Nəyimə gərək mənim, kim dolanır zillət ilə.

Ramiz Əzimov:
-Amma, gəl sən yardımı eylə bir az möhlət ilə.
Haqqımı verməyənin pulun kəsim xəlvət ilə.

Baloğlan Mirzəli
Şair- jurnalist