backend

Türkan qəsəbəsində zibil dizə çəxır- ŞİKAYƏT \FOTO

"Salam, bu gurduyunuz mənzərə Xəzər rayonu Turkan yaşayiş massivində yerləşir. Təxmini iki il öncə sakinlər muraciyət etmişdi, qəsəbəyə yeni zibil kantenalari ayrilmişdi."

Teref.az xəbər verir ki, bu saytımızın poçtuna göndərilən şikayət məktubunda yazılıb. Vətəndaş daha sonra yazır?
"Cox təəsuflər ki, bu konteynerlərin bir necəsi Turkan icra numayəndəliyinin qarşisina qoyulub. Bir necesidə Turkan bələdiyyə qarşisina qoyulub. Vətəndaşlar isə zibilərini gorduyunuz kimi işiq dirəklərindən asmak məcburiyətində qalirlar.
Bələdiyə sədri və icra numayəndəsi nədənsə isti kreslolarindan durub əhalinin yaşayiş tərziynən maraglanmirlar.
Xahiş edirəm mənim bu şikayətimi dərc edəsiniz, bəlkə qəsəbənin canı bu zibilliklərdən qurtarsın!"
Teref.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az