backend

Bakının mərkəzində ağacları belə məhv etdilər - VİDEO

Bakıda çoxillik ağac kəsilərək məhv edilib.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu, Maqsud Əlizadə küçəsində qeydə alınıb.
Ərazidə xidmət göstərən mühafizəçi ağacların kəsildiyi ərazinin sahibinin ölkədə olmadığını bildirsə də, onun əlaqə nömrəsini bizə verdi.
Hazırda ölkə xaricində olduğunu deyən və özünü Asif Abdullayev kimi təqdim edən mülk sahibi bildirdi ki, həmin ərazi onun şəxsi mülkiyyətindədir. Bununla bağlı çıxarışı da var.

Torpaq sahibi onu da bildirdi ki, ərazi ona məxsus olduğundan orada hər hansı bir ağacın əkilməsi və ya kəsilməsi onun şəxsi qərarıdır.
Məsələ ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirildi ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri zamanı Nərimanov rayonu, Maqsud Əlizadə və Səməd Vurğun küçələrinin kəsişməsində ağacların kəsilməsi faktı müəyyən edilib. Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, ağacları kimin kəsdiyini müəyyən etmək və barəsində qanunamüvafiq tədbirlər görmək məqsədilə toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Milli.Az
4