backend

SON DƏQİQƏ! Rusiyaya SARSIDICI ZƏRBƏ: Gizli baza məhv edildi – Vaqner qrupunun 300 üzvü öldü

Rusiya-Ukrayna müharibəsinin mərkəz nöqtəsindən cəmi 45 kilometr aralıda gizli baza yerlə-yeksan edilib.

Medianews.az xəbər verir ki, bu hadisə Rusiyaya Putinə məxsus “Moskva” hərbi gəmisinin batmasından sonra ən böyük zərbə olub.
Rusiya lideri Vladimir Putinin öz tanklarını Ukraynaya göndərməsindən üç ay yarımdan çox vaxt keçib və bu gün səhər saatlarında Rusiyanın işğalı altında olan liman şəhərində güclü partlayış səsləri eşidilib. Yerli mətbuat yazır ki, Berdyanskda  partlayışlardan sonra şəhərin bir hissəsi qaranlığa qərq olub.

Kiyev yaxınlığından geri çəkildikdən sonra diqqətini Donbasın işğalına yönəldən rus ordusu həftələrdir şiddətli müharibənin getdiyi Severodonetskə nəzarət edə bilmir. Severodonetskin tabe olduğu Luqansk vilayətinin qubernatoru Sergey Hayday son açıqlamasında bildirib ki, Ukrayna əsgərləri hələ də Azot kimya fabrikinə nəzarət edir. Qubernatorun verdiyi məlumata görə, qarşıdurmaların davam etdiyi obyektə yüzlərlə mülki vətəndaşın sığındığını da bildirib.

Rusiyanın dəstəklədiyi separatçı qrup iddia edir ki, 300-400-ə qədər ukraynalı əsgər kimya fabrikində sıxışıb. Rusiyanın dəstəklədiyi separatçı qrup iddia edir ki, 300-400-ə qədər ukraynalı əsgər kimya fabrikində sıxışıb.

Vladimir Putinin Liviya, Suriya, Cənubi Amerika və bəzi Afrika ölkələrindən sonra Ukraynaya göndərdiyi muzdlu qrup “Vaqner” Luqanskda ağır zərbə alıb. Ukrayna ordusunun atdığı mərmilər Vaqner Qrupunun Luqansk Kadiivkadakı bazasını məhv edib. Ukrayna rəsmiləri bildirirlər ki, 300-ə qədər muzdlu əsgərin ölümünə səbəb olan hücumdan Vaqner Qrupunun yalnız bir üzvü sağ qalıb.

Kadiivka şəhərindəki stadionu baza kimi istifadə edən Vaqner buraya döyüş sursatlarını yığmışdı.