backend

Son Dəqiqə!!! İRAN UKRAYNA MÜHARİBƏSİNƏ QOŞULUR? - ABŞ-dan sensasiyalı açıqlama

ABŞ hökuməti bildirir ki, İran Rusiyaya Ukraynadakı müharibədə istifadə etmək üçün yüzlərlə pilotsuz uçuş aparatı, o cümlədən silahlı dronlar göndərməyi planlaşdır.

Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan jurnalistlərə deyib ki, Vaşinqtonda İranın Rusiya qüvvələrinə dronlardan istifadə üçün təlim keçməyə hazırlaşdığına dair informasiya var.

Sallivan Tehranın indiyədək Rusiyaya pilotsuz aparatlar verib-vermədiyinin bəlli olmadığını bildirib. 

O deyib ki, bu, Rusiyanın Ukraynanı kütləvi bombalayandan sonra öz silah ehtiyatını qorumaq cəhdinin əlamətidir. Milli təhlükəsizlik müşaviri onu da qeyd edib ki, İran Yəməndəki husi üsyançılara da oxşar dronlar verib. Bu ilin əvvəlində atəşkəs elan ediləndən öncə həmin dronlarla Səudiyyə Ərəbistanına zərbələr endirilib.


Xatırladaq ki, Ukrayna müharibəsində dronlar hər iki tərəf üçün vacib rol oynayır.Kiyev Türkiyə istehsalı “Bayraktar” döyüş dronlarından uğurla istifadə edir. Vaşinqton və digər müttəfiqlər Ukraynaya daha kiçik dronlar da göndəriblər./"AzPolitika.info"

Qaynarxett.az