Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrana səfər edəcək və orada Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.
“Anadolu” dövlət agentliyi xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin açıqlamasında deyilir.
Qeyd olunur ki, Ərdoğan Türkiyə və İran arasında yüksək səviyyəli əməkdaşlıq şurasının iclasında və Suriya üzrə “Astanin formatı”nda (İran, Türkiyə, Rusiya Federasiyası) sammitdə iştirak etmək üçün iyulun 18-19-da İrana səfər edəcək.
Sammitdə Suriyadakı cari hadisələr, Kürdüstan Fəhlə Partiyası/Xalq Müdafiə Birlikləri (PKK/YPG) və İŞİD də daxil olmaqla regional təhlükəsizliyə təhdid yaradan terror təşkilatları ilə mübarizə, münaqişənin siyasi həlli istiqamətində səylərin müzakirə ediləcəyi gözlənilir.
Məlumata görə, sammit çərçivəsində “Ərdoğan rusiyalı həmkarı ilə də ikitərəfli görüş keçirəcək”.