backend

Şəkinin Daşüz kəndinə “Daş üzlü və daş qəlbli” rəhbərlərin soyuq münasibətləri

Görəsən, Şəki Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubovla, bizim çox-çox hörmətli nazirimiz Emin Əmirullayev bu baxça haqqında nə fikirdədirlər???

Istəkli oxucular! Günlərin bir günündə Şəki rayonunun Daşüz kəndinə səfərə çıxmışdıq. Elə kəndə yenicə daxil olmuşduq ki, sakinlərdən bir nəfər bizə yaxınlaşıb, kənddə fəaliyyət göstərən “Daşüz Uşaq Baxçası”nın fəaliyyəti barəsiun fəaliyyəti barəsində ağızdolusu və doyunca danışdı. Ilk öncə bizə elə gəldi ki, həmin bizə yaxınlaşan şəxs baxça haqqında bir az qərəzli nə isə danışır. Sonradan daha bir necə nəfər şəxsdə bizə yaxınla-şaraq, birincinin söylədiklərini bizə təkrarən danışdı. Düzü, bu şəxslərin hər hansı bir qruplaşma olması barəsində və uşaq baxçası barəsində toplaşaraq. qərəzli məlumatlar vermələri haqqa bizdə bir şübhələr yaratdı. Ona görə də kəndin digər bir nöqtəsində dayanıb, kənd əhalisi ilə adı çəkilən bu baxçanın fəaliyyəti barəsində kiçicik məlumatlar toplamağı özümüzə vacib borc bildik.

Elə bizə yaxınlaşan ilk şəxsdən baxça barəsində soruşanda, müsahibimiz elə, Şəki ləhçəsi ilə də bizə cavab verdi:”Ha sizin gözüvüzü yeyim! Nəhayət ki, hansısa bir maraqlanan şəxslər də tapıldı.” Daha bir neçə nəfər də toplaşaraq, baxça haqqında çox tərifli sözlər və ifadələr işlətdilər. Həmin adamların dediklərinə görə, baxça keçmiş Sovetlər Birliyinin dövründən fəaliyyət göstərir. Hal-hazırda baxçanın əsaslı təmirə çox böyük ehtiyacı vardır. Həmin şəxslər qeyd etdilər ki, indi hətta həbsxanaların döşəmələri taxta döşəmələrdən ibarət olduğu halda, bizim bu baxçanın döşəməsi hələ də beton döşəmədən ibarətdir. Baxçada döşəmə əvəzinə uşaqların ayaqları altına bir-iki ədəd köhnə və nimdaş palazlar salınıb. Baxçaya gündüzlər SÜLH VƏ ƏMİNAMANLIQ RƏMZİ OLAN GÖYƏRÇİNLƏR, GECƏLƏR İSƏ BAYQUŞLAR QAROVUL ÇƏKİRLƏR” yəni, bu baxçanın qarovulunu çəkən şəxsin kim olması barəsində kənddə heç kimin məlumatı yoxdur. Elə, həmin baxçanın payız və qış aylarında peçiniqalayan şəxsin də kim olması heç kimə məlum deyildir. Baxçanın peçini həmin baxçada uşaqların təlim tərbiyələri ilə məşğul olan müəllimələr, yaxud da aşpaz qalamaq məcburiyyətində qalırlar. Heç, baxçanın müdirəsinin də kim olması dəqiq heç kimə bəlli deyildir. Nə isə... . Beləliklə, bütün deyilənlər barəsində ətraflı məlumat toplamaq niyyəti ilə birbaşa baxçaya baxmaq üçün “Daşüz Uşaq baxçasına” tərəf yola düşdük...

Uzaqdan baxçanın çox gözəl olması, füsunkar gözəlliyə malik olması adamı bihuş edirdi. Belə ki, baxçanın qapı və pəncərələrinin sınıq sökük olmağı, pəncərələrin çoxunun şüşələrinin qırıq- qırıq olması və qapı və pəncərələrin bir neçəsinin ümumiyyətlə olmaması adamı valeh edirdi. Baxcada gül-gülü, bülbül-bülbülü çağırırdi. Ancaq, onların bu cağırışlarına gecələr bayquşlar, gündüzlər isə göyərçinlər cavab verirdilər. Yəni, bu baxçada bayquşlarla göyərçinlər baxçanın daimi sakinləri olduqları üçün nə gülə, nə də bülbülə bu baxçada yer qalmayır. Ancaq bu baxçada yaxşı qarğa yetişdirmək olar. Axı, qarğaların da təbiətə xüsusi gözəllik verməsi bizim hamımıza məlumdur. Buna görə də Şəki Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubovla bizim çox-çox hörmətli Təıhsil nazirimiz, yuxarıda adı çəkilən bu baxçada qarğa bəsləmək üçün çox yaxşı imkanlar olmasını nəzərə alaraq, gələcəkdə həmin baxçanın çox gözəl guşələrindən birində qarğa bəsləmək üçün xüsusi yer ayırmalarını “İynə” satirik jurnalı olaraq, xüsusi bir tərzdə xahiş edirik. Əgər həmin baxçada qarğa saxlamaq üçün yer ayrılarsa, DEMƏLİ, BU BAXÇADA HƏM YENİ İŞ YERİ AÇILAR, HƏM DƏ BAXÇADA QARĞALARLA UŞAQLARIN ÇOX MARAQLI OİYUNLARI TƏŞKİL OLUNA BİLƏR. Düzdür, onsuz da nə bizim hörmətli İcra Hakimiyyəti Başçımız, nə də bizim hörmətli nazirimiz, onsuz da bizim bu möhtəşəm təklifimizə səs verməyəcəklər. Yəni, həmin baxçada yeni iş yerinin açılmasını həyata keçirməyəcəklər. Ümumiyyətlə baxçada heç qarğa da saxlamayacaqlar. Ancaq, baxça haqqında hansısa başqa planlarının olacağı da hələlik bizə məlum deyildir. Ancaq, bizim bildiyimiz bir şey vardır ki, onların öz övladları bu bağçada tərbiyə almayacaqlar. Bu bağçada tərbiyə alan uşaqlar tez-tez xəstəliklərlə üz-üzə dururlar. Bir yandan beton döşəmə, bir yandan nəmişlik, bir yandan da soyuq. Deməli, bu bağçada istər tərbiyə alan uşaqlar olsunlar, istərsə də tərbiyə verən tərbiyəçilər və yaxud da digər vəzifə sahibləri yuxarıda qeyd etdiyim problemlərlə üz-üzə duraraq, xəstəliklərlə mübarizə aparırlar...

Baloğlan Mirzəli
şair- jurnalist