Saray MTK bina 68 ev 22-də yaşayan Abdalov Ceyhun Şahin oğlu Qaynar.media-ya müraciət edərək kicik yaşlı övladını baxcaya yerləşdirmək ücün ondan rüşvət tələb edildiyini bildirir:
"Hörmıtli redaksiya! 2021-ci ilin may ayında evladımızı yaayış yerimizin yaxınlıgında yerləşən Sumqayıt şəhər 63 sayli baxçaya yerləşdirmək ücün müdiriyyətə müraciyyət etdik. Müraciyyətmizə cavab geldi ki direktor yoxdu, sentyabr ayında müraciyyət edərsiniz. Tekrar sentyabr ayında müraciyyət etdik Baxcaya direktor Nigar müəllime təyin olunmuşdu.Nigar müəllimə ilə əlaqə saxladıq. Bildirdi ki, uşagin sənədlərni düzəldib gelin. Bəzi səbəblərə görə uşağın sənədlərni dekabrın 20-də aparıb verendə bizə bağçadan dedilə ki, uşağın sağlamlıq haqqında arayışın vaxtı bitib, onu təzədən yeniləyib yanvar ayinın 6-da müdiriyyətə təqdim edin. Biz deyilən vaxt cənədləri qaydasına salıb uşaqla birgə baxcaya getdik. . Sənədləri götürdülər. uşağı isə geri qaytardılar ki, atası gəlsin, müdiriyyəti "görsün", yəni "hörmət" eləsin. Səheri getdik Nigar muelliməni yerinde tapmadıq.Telefonla əlaqə saxladıq, yenə də hörmət etməymizi xatırlatdı.
Beləcə baxcaya ayaq döyməyə başladıq. İndi Nigar müəllimə deyir ki,hazırda baxcamızda yer yoxdur. İndi müdirəyə "hörmət" edə bilmədiyimiz üçün "baxçada yer yoxdur" bəhanəsiylə üz-üzə qalmışıq."
Şikayəti araşdırmaq ücün Sumqayıtda yerləşən 63 sayli baxçanın müdiriyyəti ilə əlaqə qurmaq cəhtimiz isə baş tutmadı.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Qaynar.media