backend

Balababa Rzayevin qardaşı vergidən niyə yayınır? - Külli miqdarda borcu üzə çıxdı (FOTOFAKT)

"Göknur Baki Ltd" MMC-nin  dövlətə külli miqarda vergi borcu üzə çıxıb. 

32gun.az-ın əldə etdiyi məlumata görə,  şirkətin bu günə olan vergi borcu 300 min manatdan çoxdur (303411.55 AZN)
Bildirək ki, "Göknur Baki Ltd" MMC – Şirkətin qanuni təmsilçisi Rahib Rzayev Hüseynağa oğludur. Rahib Rzayev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Rzayevin qardaşıdır.  MMC-nin nizamnamə kapitalı 6 mln 349 min dollardır. 

Qeyd edək ki, məbuatda gedən məlumata görə, şirkətin əsas sahibi Balababa Rzayevin özüdür. 2003-cü ildə yaradılmış “Gök-Nur Bakı LTD”-nin keçmiş Vergilər Nazirliyi reyestrindən çıxarılmış sənədlərində də Baba Rzayev təsisçi olaraq göstərildiyi iddia edilirdi. 
Nilay 
Balababa Rzayev qardaşı vergidən niyə yayınır?- Külli miqdarda borcu üzə çıxdı (FOTOFAKT)