backend

6 aya 6 milyonluq yeyinti edən Xəyal İsmayılovun BAŞI DƏRDDƏ - İLGİNC İDDİALAR...

Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin rəisi Xəyal İsmayılovun 2022-ci ilin may ayından vəzifə azad olunduğu haqda məlumat vermişdik. Xatırladaq ki, X.İsmayılov həmin vəzifəyə 15 noyabr 2021-ci ildə təyin olunmuşdu.

Bu vəzifəyə Bakıdan çox böyük ümidlərlə göndərilən Xəyal İsmayılov nəinki sələfi Abdulla Abdullayevin yaratdığı problemləri həll edə bildi, əksinə, çoxsaylı qanunsuz əməlləri ilə qısa müddətdə şəhərdə rüşvətxor məmur kimi ad çıxardı. Məlumata görə, elə onun işdən çıxarılması da məhz qanunsuz əməlləri ilə bağlıdır.

Mötəbər qaynaqlardan əldə etdiyimiz məlumata əsasən, Xəyal İsmayılovun fəaliyyəti ilə bağlı aparılan araşdırma nəticəsində onun 6 milyon manatlıq yeyintiyə yol verdiyi aşkara çıxarılıb. Bu baxımdan, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin sabiq rəisinin hazırda başının üstünü “qara buludlar” alıb və yaxında həbs olunma ehtimalı yüksəkdir.

Onu da qeyd edək ki, vaxtilə X.İsmayılovun bu vəzifəyə təyin olunmasına zamin duran indiki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbər şəxslərindən birinin də bu məsələdə “başı ağrıya” bilər. Çünki Xəyal İsmayılovun qanunsuz əməlləri ilə bağlı bu gün həmin məmurdan hesabat tələb olunur ki, belə bir məsul vəzifəyə yarasız bir şəxsin təqdimatını verərkən və ona zamin durarkən nə kimi marağı olub?! Mənbənin sözlərinə görə, bu baxımdan hazırda yüksək vəzifədə çalışan həmin şəxsin də öz işində qalıb-qalmayacağı şübhəlidir. Yəni bu faktla bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxslərindən birinin işdən çıxarılması da an məsələsidir.//Hurriyyet.az//

Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

Qaynarxett.az