backend

67 saylı Baxça müdirəsi özü vəzifədə olmasa da qızının vasitəsilə işi idarə edir

Hər kəsə yaxşı məlumdur ki, ölkəmizdə və paytaxt Bakıda uşaq bağçaları daim Cənab Prezidentimiz İlham Əliyev və millət vəkili, Heydər Əliyev Fondunun birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qayğısındadır. Məhz Heydər Əliyev Fondunun təşkilatçılığı ilə çoxlu sayda uşaq bağçası, internat evləri yüksək səviyyədə təmir edilib və yenidən tikilərək istifadəyə verilmişdir.

Ölkə başçımız İlham Əliyev paytaxt bağçalarının təmiri və yenidən qurulması, uşaqlar üçün müasir standartlara uyğun şəraitlərin qurulması üçün dövlət büdcəsindən hər il icra hakimiyyətlərinə vəsaitlərin ayrılması ilə bağlı sərəncamlar verir. Bütün bunlar bir daha onu göstərir ki, Prezidentimiz İlham Əliyev və onun xanımı Mehriban Əliyeva uşaqların daim qayğısına qalırlar. Lakin təəssüflər olsun ki, hələ də bəzi yerlərdə görülən bu yüksək səviyyəli işlərə kölgə salanlar, həmçinin özlərini idarə etdiyi sahənin "kiçik padşahları" hesab edənlər var. Həmin o özünü idarə etdiyi sahənin kiçik padişahı hesab edən şəxslərdən biri də Qaradağ rayonu, Müşfiqabad qəsəbəsindəki 67 saylı körpələr evi-uşaq baxçasının keçmiş müdirəsi Babayeva Həqiqət Əlihüseyn qızıdır. Ancaq Babayeva Həqiqət Əlihüseyn qızı yaşlı olması ilə əlaqədar vəzifəsindən azad olunub. Həqiqət xanım vəzifəsindən azad olsa da onun yerinə qızı vəzifəyə təyin olunub, lakin indi də Həqiqət xanım işləri özü aparır. Bu hal insana Xan-vəzir məsələsini xatırladır. Xan tapşırıq verir vəziri yerinə yetirir. Eyni ilə Həqiqət xanım və qızı kimi, Həqiqət xanım buyurur qızı da icra edir. Belə görünür ki, bu Həqiqət xanım nə qədər yaşlı olsa da öz vəzifəsindən əl çəkmək istəmir. Yerinə qızını vəzifəyə təyin etməsi az imiş kimi, qızının vasitəsilə işi özü aparır. Bu nə dərəcədə doğrudur ana vəzifədən gedir yerinə qızı təyin olunur, lakin idarəçilik hələ də anadadır?. Bu hansı qanuna uyğundur?. Təbii ki, Həqiqət xanım və qızının bu hərəkəti heç bir qanuna uyğun deyil. Hər bir şeyin öz qayda-qanunu var, hər kəs də bütün qaydalara riayət etməlidir. Çünki dünya dərəbəylik deyil. Bu kimi özbaşınalıqların mütləq şəkildə qarşısı alınmalıdır və bu cür hərəkətlərə son qoyulmalıdır. Çünki ölkəmizin, dövlətimizin gələcəyi məhz məktəbəqədər uşaq evlərindən başlayır. Əgər dövlət olaraq məktəbəqədər təhsildəki rüşvətin, özbaşınalığın, qayğısızlığın qarşısını almasaq, bu təhsil ocaqlarında yetişən körpələrdən nə qədər cinayətkar, oğru, təhsilsiz, mədəni səviyyəsi aşağı olan gənclik formalaşacaq. Bir sözlə, belə qanunazidd halların qarşısı alınmalıdır ki, gələcək gənclik məhv olmasın.