backend

Xırdalan şəhər 3 №li məktəb-liseyi nə üçün Abidin Fərzəliyevin diqqətindədir?

Abşeron rayonu ilə bağlı yeni məlumatlar əldə etmişik.

Belə ki, rayonda qanunsuz fərdi evlərin tikintisi və onlara “krişalıq” edənlər haqqında kifayət qədər məlumatlar yayımlanıb. Onu da nəzərinizə çatdıraq ki, sosial şəbəkədə geniş müzakirəyə çevrilən Abşeron “sərgüzəştləri” sözün həqiqi mənasında dövlət qurumlarının diqqətini cəlb etməlidir.
DOSYE.ORG-ın əldə etdiyi dəqiq məlumatlara görə hazırda qanunsuz evlərin tikintisinə icra başçısı Abidin Fərzəliyevin oğlu və sürücüsü nəzarət edir. Yəni, danışıqlar adı hallanan şəxslərin razılığı ilə həyata keçirilir. Konkret rəqəmlər və faktlar araşdırılqıdan sonra məlumat veriləcək.
İndicə aldığımız daha bir maraqlı məlumatı sizlərin diqqətinə çatdırmaq istəyirik. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev rayona rəhbər təyin edilən gündən ilk növbətə rayon təhsilinə təsir etməyə başladı. Bundan sonra rayon təhsilində bəzi canlama müşahidə olundu. Daha aktiv seçilən məktəblərın sırasında ən çox Xırdalan şəhər 3 №li məktəb-liseyi oldu.

Abşeron rayon Xırdalan şəhər 3№-li tam orta məktəb-liseydə nümunəvi  idarəçilik modeli – VALİDEYNLƏR DANIŞIR » 7news.az Azərbaycanda özəl  xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Nəzərinizə çatdıraq ki, həmən məktəb-liseyin direktoru Sevinc Əliyevadır. Direktorun fəaliyyyətini nəzərə alsaq olduqca ciddi nuanslar nəzərə çarpır. Müəyyən adlar altında yığılan pullar və adı məktəbdə olub, özü məktəbdə olmayan şagirdlərin siyahısı araşdırılsa belə bir sual ortaya çıxacaq. Abidin Fərzəliyev hansı haqla xanım direktora etibar edir və Abşeron Təhsilində söz sahibinə çevrilir? Əlbətdə ki, bu istiqamətdə ciddi araşdırmalar davam edir. Yaxın günlərdə bu və ya digər məlumatlarla geniş tanış ola bilərsiniz…
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

DOSYE.ORG