backend

Xalq artisti üçün külli miqdarda pul toplanıldı – FOTO

Xalq artisti Könül Xasıyeva müalicəsi üçün lazım olan pulu toplayıb. 

Bu haqda sənətçi özü bildirib.
Xasıyevanın pərəstişkarlarından biri ona 60 min dollar (təxminən 102 min AZN) göndərib. Bununla da ifaçı müalicəsi üçün lazım olan 254 min AZN-i toplaya bilib.
Artıq Xasıyeva müalicə almaq üçün Almaniyaya gedəcək.
Xatırladaq ki, bir müddət əvvəl muğam ifaçısının boğazında şiş aşkarlanıb.