backend

“Rusiya zamanında nüvə zərbəsi endirsə...” – Simonyanın əri yenə hamını hədələyir

Rusiya təbliğat maşınının ən iyrənc elementlərindən olan Simonyan-Keosayan erməni cütlüyü tək Ukrayna deyil, bütün bəşəriyyəti hədəfə alan hədyanlarını, hədə-qorxularını davam etdirir.

“AzPolitika.info” xəbər verir ki, məşhur Marqarita Simonyanın əri Tiqran Keosayan növbəti televiziya şousunda Rusiyanın nüvə silahından istifadəsinin zəruriliyindən danışıb.

Keosayan deyib ki, Rusiya nüvə dövləti olduğu üçün müharibədə uduza bilməz: ”Nüvə dövləti zamanında nüvə zərbəsi endirsə, heç bir müharibədə uduza bilməz. Nüvə dövləti, xüsusilə də Rusiya kimi dövlət məğlub ola bilməz. Belədə bütün dünya uduzacaq. Gəlin, realist olaq”.

Qeyd edək ki, Kreml tez-tez öz təbliğatçılarının “zəncirini açaraq” Ukraynanın və bütünlükdə dünyanın üzərinə qısqırdır. Bu işdə simonyanlar, keosayanlar, solovyovlar, kiselyovlar, medvedevlərlə yanaşı, Putinin özü də fəallıq göstərir. O, sentyabrın 21-dəki çıxışında “Rusiyanın ərazi bütövlüyünü qorumaq naminə” hər cür silahdan istifadə edilməsinin mümkünlüyünü bəyan etmişdi. Məlum olduğu kimi, Kreml artıq Ukraynada işğal etdiyi torpaqları da öz ərazisi adlandırır...