AzToday.az-ın araşdırmaları zamanı məlum olub ki, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin səlahiyyətli şəxsləri bu prosesdən maddi maraqlarını təmin etmək üçün yararlanırlar.
İxtisasca iqtisadçı olan direktor Nəsimi Nəsibov və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəhbər şəxsləri tək dövlət meşə fondu torpaqlarını ev yeri kimi yox, həm də onları ayrı-ayrı vətəndaşlara örüş və kənd təsərrüfatı məqsədi ilə verib.
AzToday.az xəbər verir ki, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Göytəpə meşəbəyliyinin 18 saylı dolayının 46 və 66-cı kvartallarında 15.00 hektardan çox yer kənd təsərrüfatı bitkilərin əkmək üçün satılıb və hazırda həmin ərazilər əkilib. Halbuki dövlət meşə fondunda kənd təsərrüfatı bitkilərini əkmək qəti qadağandır, ən əsas da zəmi. Çünki zəmi bitkilərinin yanğına məruz qalma riski çox olduğu üçün meşə ərazisi üçün ciddi təhlükə yaradır.
Ərazinin koordinatları:
X-288950, Y-4326450




Cəlilabad meşəbəyliyinin 8 saylı dolayının 47-ci kvartalının 1, 4 və 5-ci bölmələrində dövlət meşə fondu ərazilərinin bir hissəsi əkilib.


Həmçinin, Göytəpə meşəbəyliyinin 16 saylı dolayının 42-ci kvartalının 1-ci bölməsində kənd təsərrüfatı bitkiləri əkilib.
Ərazinin koordinatları:
X-286619, Y-4328312
