
Daha sonra narazı vətəndaş yazır: “Götürüb, futbol vaxtı Match
Tv-ni İTV yayımına çevirirlər. İnsanların pulu ilə aldığı xidmətdə necə, hansı hüquqla dəyişiklər edə bilərsiniz? Niyə imkan vermirsiniz ki öz seçimimizi edib, futbola istədiyimiz dildə baxaq?
Gəlib bəziləri ağıllı görsənmək istəyəcək, lakin əvvəldən onların cavabın verim. Mən öz dilimdə səlist danışıram, evdə də istifadə etdiyim dil Azərbaycan dilidir. Bundan əlavə, hər yerdə də çalışıram ana dilə hörmət teləb edim. Lakin, rus dilini də səlist bildiyim üçün və rus kommentatorları, çox təəsüf ki, bizimkilərdən 2 baş üstün olduğu üçün, Match Tv-dən baxmağa üstünlük verərdim. Daha yaxşı şərhçilik edin, sizdən baxaq, məcburiyyət nədir?
Zəng etdikdə provayderə, birbaşa boyunlarına almırlar, texniki səbəb göstərirlər. Qardaş, sırf oyunlar vaxtı bu edilir, bu qədər ağılsız sayırsınız camaatı?”Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəflərin izahatını dinləməyə hazırıq…