backend

ADAU-nun professor və müəllim heyəti Prezidentə səsləndi:- Aqrar sahədən anlayışı olmayan nazir İnam Kərimov və rektor əvəzi Zəfər Qurbanov aqrar təhsili məhv etməyə rəsmən start veriblər-İlginc faktlar

Nazir İnam Kərimov və onun yarıtmaz qeyr-profil ixtisaslı kadrları ilə aqrar sahəni və aqrar təhsil ocağını məhvə doğru aparırlar. Nazir İnam Kərimovun ADAU-ya rektor əvəzi göndərdiyi neft-kimya üzrə mühəndis Zəfər Qurbanov ADAU-ya rəhbər təyin olunandan bu yana tədrisin səviyyəsi və kollektiv arasında narazılıq böyüməyə başlamışdır. İlk iclasında tədrisin özəyi olan kafedralar haqqında öz fikrini bildirdi və kafedraları birləşməli, bir kafedrada müəllimlərin sayının minimum 30- 40 nəfər olmalı olduğunu bildirdi. İclasda bu fikrin yanlış ixtisas kafedralarının olması və tədqiqatların və ixtisaslı kadrlar üzrə inkişaf etdirilməsinin vacibliyini professor və müəllim heyyəti bildirsədə rektor əvəzi öz bildiyini etməyə başladı. İlk növbədə kafedra müdürü seçkisinə başlayan Yerüstü nəqliyyat vasitələri kafedrasını Kənd Təsərrüfatı maşınları kafedrasını birləşdirdi. Öz istəyinə nail olmaq üçün rektor əvəzi Zəfər Qurbanov ixtisas kafedralarına qəbulları dayandıraraq kafedra birləşdirmələrinə başlayır.
Respublikamızda bütün universitetlər yeni kafedralar və ixtisaslar açaraq elmi və ixtisaslı kadrlar yetişdirir, lakin rektor əvəzi Zəfər Qurbanov həm tələbə sayını azaldır, həm də kütləvi olaraq ixtisasları azaldır. Anlamırlar ki, aqrar sahədə mühüm əhəmiyyətli ixtisası bağlamaq və tələbə sayını azaltmaq aqrar sahəni məhv etməkdir. Nazir İnam Kərimovun yarıtmaz və aqrar sahədə savadsızlığı təhsil ocağında özünü büruzə verməyə başlayıb. Zəfər Qurbanov təqdimatı və nazir İnam Kərimovun tapşırığı ilə Kənd Təsərrüfatı Nazirliyinin Elm və insan resusları üzrə aparat rəhbərinin müavini Fuad Mayılov ADAU-ya gələrək 17 ixtisaslaşdırma magistır şöbəsi üzrə 4 ixtisası isə bakalavır ixtisası üzrə bağlayaraq tələbə qəbulunu 1720 nəfərdən 1500 nəfərə qədər azaltmışdır.
Fuad Mayılov hüquq təhsillidir.
Nazir İnam Kərimov və rektor əvəzi Zəfər Qurbanov kimi nə təhsildən,nə də aqrar sahədən anlayışı yoxdur.
Çox maraqlıdı Fuad Mayılov hansı qanuni əsaslara dayanaraq ixtisaslaşmaları və ixtisasları bağlayır? Və aqrar təhsili və gələcək aqrar sahədə yetişən kadrların azalmasına, kadr çatışmazlığına gətirib çıxarır. Baxıb görsək ki, nazir İnam Kərimov nazir təyin olunduğu gündən bu yana Kənd Təsərrüfatı Nazirliyinə və aqrar yönümlü sahələrə yanlız ədəbiyyatçı, tarixçi, iqtisadçı və hüquqşünasları gətirməsi onu göstərir ki, aqrar sahədə ali təhsilli gəncliyin yetişməsini istəməyir. Məzun olan aqrar təhsilli məzunları işlə təminatına köməklik göstərmir.Aqrar sahəni isə aqrar sahədən anlayışı olmayan əsli Göyçə mahalından olan yaxınları və qohumları ilə idarə edir.
Nazirliyin Elim və insan resusları üzrə aparat rəhbərinin müavini Fuad Mayılov ixtisaslaşmadan:
1.Xidmət sahəsinin mühasibat uçotu
2.Sığorta işinin təşkili
3.İstehsal sahəsinin mühasibat uçotu
4.Vergi və vergi qoyma
5.Dizayın 3 ixtisaslaşma
6.Bitki mühafizəsi
7.Bitkilərin xəstəlik və zərərvericilərdən mühafizə və.s
Bu kimi 17 mühüm magistır ixtisaslaşdırmanı 2023-cü ilin qəbulundan çıxarıblar.
Bakalavır ixtisası üzrə:
1.Maşın mühəndisliyi
2.Energetika mühəndisliyi
3.Proseslərin avtomatlaşdırılması mühəndisliyi
4.İnformasiya texnologiyaları
İxtisaslarına qəbulu bağlamış,bəzi ixtisaslara qəbulu azaltmışdır.
Mənbəmiz onu da bildirir ki, 2022- ci ildə Maşın mühəndisliyi ixtisasına 15 nəfər, Proseslərin avtomatlaşdırılmasına isə 10 nəfər qəbul olmuşdur. Sabiq rektorlar Mirdamət Sadıqov və İbrahim Cəfərovun səyləri nəticəsində ADAU-ya qəbulun artmasına nail olmuşdurlar.
İnformasiya texnologiyası ixtisasına qəbul orta bal hesabı ilə 350 bal olmuşdur və yüksək nəticə toplayan tələbələrin seçdiyi ixtisasdır. Nəyə görə nazir İnam Kərimov və rektor əvəzi Zəfər Qurbanov bu ixtisaslara qəbul ola-ola ixtisaslara qəbulu dayandırır? və tələbə sayının hər il azaldılaraq 900-800 nəfərə çatdırmaq istəyirlər?
Aqrar sahədən anlayışı olmayan Nazir İnam Kərimova və rektor əvəzi Zəfər Qurbanovu dayandırın. Bu gesişlə 2 ilə aqrar sahə tamamilə çökəcək. Ərzaq qıtlığının başladığı bu dövürdə aqrar sajənin çökməsi Respublikamız üçün böyük təhlükədir. Cənab Prezident inanıram ki, ən qısa zamanda aqrar sahədə höküm sürən özbaşınalığa son qoyacaqsınız.
Cənab Prezident aqrar sahəyə gösdərdiyiniz diqqət qayğını yaxşı bilirik lakin, İnam Kərimov və onun yarıtmaz işbazları həm aqrar sahəni həmdə aqrar təhsili məhv etmək üzrədi. Regonlarda aqrar sabə tamami ilə çöküb aqrar sahəni bilənlər deyil bilməyənlər rəhbərlik edir. Respublikamızda yeganə aqrar təhsil ocağının çiçəklənib kadır yetişdirdiyi dönəmdə aqrar sahədən anlayışı olmayan Zəfər Qurbanovun yarıtmaz faliyyəti aqrar təhsili tamami ilə məhv edəcək. İxtisasların bağlanması müəllimlərində azalmasına gətirib çıxaracaq ki, buda böyük kütlənin işsizliyinə səbəb olacaq.
Cənab Prezident bu Sizə 3-cü müraciətimizdir.
Aqrar sahədən anlayışı olmayan Nazir İnam Kərimova və rektor əvəzi Zəfər Qurbanovu dayandırın. Bu gesişlə 2 ilə aqrar sahə tamamilə çökəcək. Ərzaq qıtlığının başladığı bu dövürdə aqrar sajənin çökməsi Respublikamız üçün böyük təhlükədir.
Cənab Prezident,inanırıq ki, ən qısa zamanda aqrar sahədə höküm sürən özbaşınalığa son qoyacaqsınız!
Hörmətlə; ADAU-nin professor və müəllim heyyəti.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.