backend

Gəncənin icra başçısının bu sərəncamı Apelyasiya Məhkəməsinin fəaliyyətini iflic edib – Fotolar

Bu gün ölkəmizin İnşaat sektorunda yol verilmiş qanun pozuntularının qarşısının alınması, bu sahədə aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı mübarizə çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə birgə tədbirlər davam etdirir.Buna baxmayaraq Gəncə şəhər icra hakimiyyəıtinin başçısı Niyazi Bayramov cənabları bu sahədə aparılan mübarizənin əksinə çıxır.

Belə ki, Gəncənin icra başçısı ona verilmiş olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qeyri-yaşayış obyektinin tikintisinə icazə verməklə Gəncə Apelyasiya Məhkəməsinin fəaliyyətini iflic edib.


 
Bu haqda Dünyanınsəsi.Az saytına adının çəkilməsini istəməyən şəxs tərəfindən məlumat verilib.
Məlumatlı mənbənin sözlərinə görə Gəncə şəh.,Atatürk prospekti ünvanında yerləşən Gəncə Apelyasiya Məhkəməsinə bitişik olan ərazidə tikinti normalırna riayət olunmayıb.Ərazidə iş adamı Rasim Eldar oğlu Məmmədova məxsus olduğu iddia olunan tikintiyə nə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nə də ki, FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin icazəsi olub.Ancaq icra başçısı Niyazi Bayramovun bir quru sərəncamı ilə ərazidə 6 mərtəbəli göydələn inşa edilmişdir.Məhz buna görədə Ədliyə Nazirliyinin Gəncədə fəaliyyət göstərən Apelyasiya məhkəməsinin bir mərtəbəli binası günəş üzünə həsrət qalıb.Sözügedən dövlət binası ilə qeyri-yaşayış binası arasında heç bir məsafə qoyulmamışdır.Gələcəkdə hər hansı təbii fəlakətlər baş verərsə əhalinini oradan necə evakuasiyası etmək olar? Hətta bildirilər ki, İş adamı Rasim Məmmədov sözügedən tikinti ərazisndə yolun mühavizə zolağınıda xeyli zəbt edə bilib.Həm də yaşı 100 ildən çox olan yaşlı çinar ağacının qollarını kəsdirə bilib.Bu faktla bağlı Elologiya və Təbii Sərvətlər Nazirliyinin Ərazi Ekologiya İdarəsinin məlumatı olub.Amma nədənsə sonradan ört-basdır edilib.
Redaksiya olarq inanırıq ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd etdiyimiz qeyri-yaşayış binasının tikintisində yol verilmiş nöqsanlarla bağlı mövcud qanunvericiliyin tələblərini pozan şəxs və şəxslərə qarşı ən ciddi tədbirlər görüləcəkdir.
Yazıda adları yer alan şəxslərində mövqelərini dərc edə bilərik.