backend

Göyçayda Ləkçıplaq kənd tam orta məktəbi "yiyəsiz" qalıb... - Direktor Əhməd Quluyevi gördüm deyən olmadı

Göyçay rayonunun Ləkçıplaq kəndindəyik. Ilk baxışdan burada hər şey öz qaydasında idi. Kənd əhalisi bizi mehriban qarşılasalar da kənddəki bəzi məsələlər ilə maraqlanmağı özümüzə borc bildik. Ilk öncə Əhməd Quluyevin başçılıq etdiyi Mustafa Kamal Atatürk adına Ləkçıplaq kənd 2№-li tam orta məktəbinə gəldik. Məktəbin direktoru özünəməxsus hansısa iş ilə əlaqədar olaraq məktəbi tərk etmişdi. Məktəbdən bizə bildirdilər ki, bir az öncə rayona Təhsil Şöbəsinə getmişdir.(?!) Qeyd edək ki, rayon mərkəzinə qayıdarkən Əhməd müəllimin həmin günü Təhsil Şöbəsinə gəlməsi, və yaxud da gəlməməsi barəsində maraqlandıq. Orada bizə bildirdilər ki, nəinki Əhməd müəllim, hətta heç bir məktəb direktoru bu gün Rayon Təhsil Şöbəsinə gəlməmişdir. Beləliklə, məktəbə yenidən qayıtmaq və Əhməd müəllimlə görüşmək niyyəti ilə müvəqqəti olaraq məktəbi tərk etdik.

Beləliklə. Ilk olaraq kəndin ərazi nümayəndəliyinə daxil olmaq istədik. Amma. Çox-çox təəssüflər olsun ki, bizim bu istəyimiz də eləcə arzu olaraq ürəyimizdə qaldı. Çünki, qapını nə qədər dartsaq da seyf qapısı kimi açılmaq bilmirdi ki, bilmirdi. Kənd əhalisindən qapının açılmamasının sirrini soruşduqda bizə belə cavab verdilər ki, vallah biz də elə sizin gündəyik səhər 9-10 arasından sonra qapı beləcə qəfəllanır. Hələ, üstəlik kəndin Kitabxanasının da qapısını açmaq üçün gərək sehrlibaz olasan. Beləliklə, kəndin mərkəzinə gəlməyi və kənd əhalisi ilə söhbət etməyi daha üstün bilib, kənd əhalisi ilə görüşmək üçün yola düşdük. Kəndin əhalisi bizi mehribanşılıqla qarşıladılar və suallarımıza çəkinmədən cavab verdilər. Kənd əhalisi ilə bir xeyli söhbət etdikdən sonra, biz yenidən Əhməd müəlluimlə görüşmək niyyəti ilə Mustafa Kamal Atatürk adına Ləkçıplaq kənd 2№-li tam orta məktəbinə gəldik. Sən demə artıq məktəbdə bəzi siniflərin dərs saatları qurtardığından şagirdlər evlərinə tərəf yola çıxmışdılar. "jiquli"-nin sükanına əyləşdiyini, həmin şagirddən başqa maşının ön hissəsindəki oturacağında məktəbin müəllimlərindən birinin, maşının arxa oturacağında isə məktəbdə oxuyan 3 nəfər qız uşağının əyləşdiyini gördük. Balaca sürücü asanlıqla və bizim məktəbə daxil olmağımıza, eləcə də onu müşahidə etməyimizə heç bir əhamiyyət vermədən maşını kəndin içərisinə doğru sürətlə sürərək məktəbdən uzaqlaşdı. Biz yenidən məktəbdə Əhməd müəllimi görmədiyimiz üçün rayon mərkəzinə doğru yola düşdük. Yolda bir nəfər şagirdin dayandılğını görüb saxladıq. Məlum oldu ki, bu şagird məktəbdəki dərs tədrisindən layiqincə yararlanmadığından, dərsdən sonra rayon mərkəzinə Repititorluqla məşğul olan müəllimlərin yanına dərs öyrənməyə gedirdi. Biz bu şagirdə bəzi lazım olan sualları verdik. Həmin şagird bizimlə çox açıq danışdı. O, bildirdi ki, bizim kənddə hər hansı bir ali və yaxud da orta ixtisas məktəblərinə daxil olmaq üçün mütləq repititorluqla məşğul olan müəllimlərin yanına dərs öyrənməyə getməliyik. Bizim kənddə son vaxtlar bir nəfər də olsun repititor yanına getmədən nə ali və yaxud da da orta ixtisas məktəbinə daxil olan şəxsi tanıyan yoxdur.

-Bəs, sizin məktəbdə müəllimlər lazım olan qaydada dərs tədris etmirlərmi?

- Bizim məktəbin müəllimləri repititorların tədris etdikləri formada dərs tədris etmirlər. Onlar yalnız və yalnız şagirdi ev tapşırıqları ilə yükləməyi yaxşı bilirlər. Məktəbdə keçirilən dərslər qənaətbəxş olmadığına görə biz şagirdlər məcbur olub, elmin dərinliklərinə yiyələnmək və hər hansı bir ali, yaxud da orta ixtisas məktəblərinə daxil oilmaq üçün gərək repititorluqla məşğul olan müəllimlərdən yanına gedək. Qapını açıq vəziyyətdə görmək və nümayəndəliyin mötəbər şəxsləri ilə görüşmək üçün sizin ən çoxu səhər-səhər saat 09.30-a qədər bu qapıya yaxınlaşasınız ki, burada kimi isə görə biləsən. Maraqlıdır ki, elə Kənd Bələdiyyəsinin də qapısı bağlı idi. Hələ, üstəlik kəndin Kitabxanasının da qapısını açmaq üçün sehrli sözü yaxşı bilmədiyimiz və həmin sözü demədiyiumizdən kitabxananın da qapısını heç cür aça bilmədik ki, bilmədik.

Məktəbə maşınla gələn şagirdlər barəsində soruşduqda isə şagirdlərdən biri bildirdi ki, bizim məktəbdə bu cür şagirdlərin xüsusi maşınla məktəbə daxil olması üçün heç bir qadağa yoxdur. Həmin şagirdlər “öz maşınlarını” Əhməd müəllimin kabineti ilə üz-üzə də saxlayırlar ki, həm Əhməd müəllim həmin şagirdlərin dərsdə iştirak etməklərindən tam əmin olsun. Eyni zamanda həmin şagirdlər də onların maşınlarına Əhməd müəllimin xüsusi nəzarət etdiyinə və onun qorxusundan kiminsə onların maşınlarına toxunmamayacağına tam əmin oilurlar. Hələ bizim məktəbdə şagirdlərin telefonla da dərsdə iştirak etmələrinə də icazələri vardır, deyə həmin şagir öz çıxışına əlavə etdi. Nə isə... Əhməd müəllim bəzi repititorların yanına gedən şagirdlərə dərsdə iştirak etməmələrinə də xüsusi şərait yaratmasını və onların məktəbdə keçirilən dərslərdə iştirak etməmələrinə də icazəli olduqlarını da söylədi.

Qaynarxett.az olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Davamı olacaq.

Baloğlan Mirzəli,
Qaynarxett.az