
Qeyd edək ki, illər keçdikcə Penitensiar Xidmətin Müalicə Müəssisəsi müasir tibbi avadanlıqlarla təchizatı yaxşılaşdırılmış və bu müəssisədə cərrahiyyə şöbəsi, dispanser müşahidə, yeni müayinə-diaqnostika, eləcə də fizioterapiya bölmələrinin açılışı olmuşdur. Əldə etdiyimiz məlumatlara görə, hal-hazırda Müalicə Müəssisəsinin terapiya şöbəsinin həkimi Vüsalə xanımın fəaliyyəti, bu gün azadlıqdan məhrum edilmiş şəxslərin əksəriyyəti tərəfindən yüksək qiymətləndirilir. Çünki, adı çəkilən bu xanım hal-hazırda ölkəmizin səhiyyə sahəsində çalışan ən peşəkar, daha nüfuzlu tibb əməkdaşlarından biri hesab olunur. Belə ki, bir həkim olaraq Vüsalə xanımın cəza çəkən hər bir məhkuma qarşı göstərdiyi tibbi xidmətin səviyyəsi, insani münasibəti və s. gündəlik özünü göstərməkdə davam edir. Bəli, bu Müalicə Müəssisəsində saxlanılan şəxslərin azadlıqları qanuna müvafiq qaydada məhdudlaşıdırılsa da, Vüsalə həkim öz üzərinə düşən məsuliyyəti hiss edir və o, qanunun tələbləri əsasında fəaliyyətini davam etdirir. Hər şeydən öncə o, bir vətəndaş olaraq vətəndaş nüfuzunu qorumağa, əməli addımları ilə həkim adını daha şərəfli tutmağa çalışır. Belə bir səbəbdəndir ki, bu gün terapiya şöbəsində müalicə olunan şəxslər Vüsalə xanımın fəaliyyətini hər zaman yüksək qiymətləndirir və ona qarşı hörmət və rəğbət hisslərini ifadə etməyi gizlətmirlər.
Zamiq