backend

Pakistandan sərt xəbərdarlıq: – “Nüvə silahımızın olduğunu unutma!”

Pakistan yoxsulluqla mübarizə və sosial müdafiə naziri Şaziyə Marri bəyan edib ki, ölkəsinin nüvə silahına sahib olduğunu Hindistan unutmamalıdır, lazım gəlsə, ondan istifadə etməkdən çəkinməyəcəklər. Teleqraf.com xəbər verir ki, nazir Dehlinin müharibəni seçəcəyi təqdirdə cavab alacağını deyib.
Pakistanın səssiz qalmaq üçün nüvə silahı əldə etmədiyini söyləyən Marri necə cavab verəcəklərini bildiklərini vurğulayıb.
Marrinin bəyanatı xarici işlər naziri Bilaval Bhutto Zərdari Hindistan Baş naziri Narendra Modini “Qucarat qəssabı” adlandırmasından sonra gəlib.
Zərdari dekabrın 16-da ABŞ-ın Nyu-York şəhərində verdiyi açıqlamada Modini “Qucarat qəssabı” adlandırıb.
Zərdarinin açıqlamasına Hindistandan reaksiya gəlib, bəzi şəhərlərdə etiraz aksiyaları keçirilib.
Qucarat ştatının baş naziri olduğu dövrdə Modi 2002-ci ildə əksəriyyəti müsəlman olmaqla 2000-dən çox insanın ölümünə səbəb olan iğtişaşların qarşısını almamaqda ittiham olunurdu.