backend

3 saylı Sabunçu Tibb Mərkəzi NƏYİN MƏRKƏZİDİR? - İTTİHAM VAR!

Təkrar-təkrar yazmağa məcburuq ki, Azərbaycan səhiyyəsinin üzərində çox zərərli və çirkin eksperiment aparılır. İslahat adı altında Səhiyyə Nazirliyinə alternativ olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, sonra isə onun nəzdində TƏBİB deyilən ( Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) qurum yaradılır.

Biz bir media olaraq zaman-zaman yazmışıq ki, eyni sahə üzrə pararlel qurumların olması çox zərərlidir. Birincisi, ona gərə ki, vətəndaşlar bu qurumların arasında qalır, o bir teatrda deyilən kimi, şap elə bilir şupdadır, şup elə bilir şapdadır.. Və bu məsələdə vətəndaşlar olmazın əziyyətini çəkirlər. Biz vaxtilə onu da qeyd etmişdik ki, paralel qurumlar həm də dövlət büdcəsinə ziyan vurur. Yeri gəlmişkən, bir neçə gün əvvəl qardaş Özbəkistanda nazirlik və komitələrin sayının 2-3 dəfə azaldılması qərarı verildi. Biz əhalimizin sayına və ərazimizə görə, Özbəkistandan bir neçə dəfə balacayıq.
Biz də bir dövlət olaraq büdcənin BELİNDƏ, BOYNUNDA oturan dövlət qurumlarının sayını azaltmalıyıq. Dövlət aparatını bu boyda şişirtmək olmaz. Lap loru dildə desək, Səhiyyə Nazirliyi varsa, TƏBİB, yaxud əksinə TƏBİB varsa, Səhiyyə Nazirliyi nəyə lazımdır..?
Bunun birini ləğv edin, həm camaatın canı qurtarsın, həm də dövlət büdcəsinin xərci azalsın. Söhbət təkcə səhiyyə sferasından getmir ee... Məsələn, mədəniyyət sahəsini götürək. Bu sahədə rüşvət və korrupsiya dəhşətli həddə çatıb, naziri qoyub 1 il sonra çıxarırlar. Amma buna baxmayaraq hər bir rayonda mədəniyyət şöbəsi olduğu halda, Allah qoymasa, üstəlik 2-3 rayonu birləşdirib Regional Mədəniyyət Mərkəsi yaradırlar, onlara yer, əmək haqqı, xidməti maşınlar verirlər. Bu mədəni formada büdcəni talamaqdır. Axı, Azərbaycan bir quberniya boyda deyil, bu qədər quruma, bu qədər məmura nə ehtiyac var ? Bir misal da çəkib kifayətlənək.
Təsəvvür edirsiniz, Azərbaycanın Mərkəzi bankı üçün tikilən yeni bina Rusiya Federasiyasının bankının binasından az qala 5 dəfə böyükdür. Nə isə əsas mövzudan yayınmayaq. Söhbət Sabunçu rayonundakı 3 saylı Tibbi Mərkəzin fəaliyyətindən gedir. Qısa da olsa məlumat verməyə məcburuq ki, TƏBİB rəhbərliyinin apardığı qondarma islahat nəticəsində rayonlarda Ərazi Tibbi Bölmələri yardılıb. Bakının rayonlarında isə rayonun ərazisindəki xəstəxanalar, poliklinikalar birlşdirilərək Tibbi Mərkəzlər yaradılıb.
Təsəvvür edirsiniz Doğum evi ilə Stomatoloji Poliklinika bir mərkəzdə birləşdirilib. Ötən yazılarımızda Nərimanov Rayon Tibb Mərkəzinin və onun direktoru Fazil Alməmmədovun yarıtmaz faəliyyətindən bəhs etmişdik.
İndiki yazının mövzusu isə Sabunçu Rayon 3 saylı Tibbi Mərkəzdir. Məlumat üçün qeyd edək ki, Sabunçu rayonu ərazisində 246 min insan yaşayır, bu rayonda 18 tibb müəssisəsi var, bu tibb ocaqlarında 751 həkim, 1730 orta tibb işçisi fəaliyyət göstərir və çarpayı sayı 1254-dür. Sabunçu ƏRAZİ TİBB BÖLMƏSİNƏ aşağıdakı xəstəxanalar daxildir: 8 nömrəli Birləşmiş Şəhər Xəstəxanası 5 nömrəli Uşaq Yoluxucu Xəstəxanası 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanası 4 nömrəli Vərəm Əleyhinə Dispanser 3 nömrəli Uşaq Stomatoloji Poliklinikası 11 nömrəli Şəhər Poliklinikası 22 nömrəli Uşaq Poliklinikası 2 nömrəli Doğum Evi 22 nömrəli Şəhər Poliklinikası 28 nömrəli Birləşmiş Şəhər Xəstəxanası Kürdəxanı Sağlamlıq Mərkəzi 12 nömrəli Şəhər Poliklinikası 36 nömrəli Şəhər Poliklinikası Həkimlərin Təkmilləşdirmə İnstitutunun Cərrahiyyə Klinikası 3 nömrəli Şəhər Klinik Xəstəxanası 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanası Zabrat Müalicə Diaqnostika Mərkəzi 21 nömrəli Şəhər Poliklinikası İndi isə bu xəstəxanalrın bir hissəsini birləşdirib 3 saylı Tibb Mərkəz yaradıblar. Və Mərkəzə 2 nömrəli Sabunçu Doğum Evini, Maştağa Ruhi Dispanserini və digər tibb müəssisələrini tabe ediblər. Mərkəzin direktoru isə Fikrət Zeynalovdur. Bizim Fikrət Zeynalovla, onun mərkəzdə çalışan qohumları, yaxınları, doğmaları ilə işimiz yoxdur. Bizim iradımız odur ki, Mərkəzin həkimləri əmək məzuliyyətində olduğu halda nə üçün hər gün işə gəlib-gedirlər ?
Onların məqsədi nədir..?
Mərkəzin şöbə müdirləri Qaracayev İlqar, Quliyev Heyran, Abdullayev Ədalət necə olur ki, hər dəfə yoxlamadan quru çıxırlar..?
Nə üçün bu şəxslər qanunsuz əməllərinə görə, həbs olunmurlar..?
Təsəvvür edirsiniz 3 saylı Tibb Mərkəzdə bir çox vətəndaşlar hərbi qulluqdan yayınmaq üçün külli miqdarda pul verib arayış alırlar. Sonra 3 saylı Tibbi Mərkəzdə narkotik xəstələri ilə bağlı baş verən cinayət əməlləri də diqqətdən yayınmır. Bütün bunlar və digər cinayət əməlləri ilə bağlı növbəti araşdırma yazısında bəhs edəcəyik.
Növbəti sayımızda 3 saylı Tibbi Mərkəzdə, Nevrologiyadakı xəbər daşıyan Zema xanımın, Baş həkimin köməkçisi Firdovsinin, xəstəxananın yeməkxanasından oğurlanan ərzaq məhsullarının Kürdəxanıda satılmaq üçün hansı marketə boşaldılmasından, xəstəxananın yeməkxanasının yeni müdiri Aynur kişinin iş fəaliyyətindən, Mahirlə İlqarın və Xəqaninin xəstəyə sağlam arayışı verməsindən və arada olan narazılıqdan bəhs edəcək yazı dərc edəcəyik. Hətta Baş həkimin qohumlarının kimliyi və ya aptekin müdiri Müşviqə xanımın, Şövkət xanımın, Aynurun, Mürsəlin, (Gərayın dayısı oğlu) Sədaqətin, anbardar Yaqutun, kirvə Zəminənin, parkovşik Farizin, böyük tibb bacısı Sevil xanımın, lor Arzunun, Əsmərin, Kəmalənin, rəfiqə Vəfanın, rengen Heyranın və başqalarının qohumluq münasibətlərinə aydınlıq gətirəcəyik.
P.S. Xatırlatma: Bir nəfərin kürəkənindən xahiş edirik ki, işimizə müdaxilə etməsin, əks halda rəhbərlyinizə məlumat veriləcək.
 //gundelik-baku.com//