Azerinform.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutu (ETKİ) tərəfindən kecirilən bu böyük elmi toplantı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş ilk böyük tədbir olmaqla bərabər, həm də respublikamızda kardioonkologiya sahəsində kecirilən ilk beynelxalq konfransdır.
Tədbirdə Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini İlqar Qasımov, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Planlama departamentinin rəhbəri Hikmət İbrahimli, Azərbaycan Tibb Universitetinin prorektoru Rauf Bəylərov, həmçinin Türkiyə və Azərbaycanın tanınmış elm xadimləri, millət vəkilləri və KİV nümayəndələri iştirak ediblər.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra tədbir iştirakçılarına ETKİ tərəfindən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar hazırlanmış sənədli film nümayiş olunub.
Giriş sözü ilə çıxış edən səhiyyə nazirinin müavini İlqar Qasımov tədbir iştirakçılarını səhiyyə naziri Teymur Musayevin adından salamlayıb və Azərbaycanın dövlətçilik tarixində ulu öndər Heydər Əliyevin müstəsna rolunu qeyd edib: “Tarixdə elə şəxsiyyətlər var ki, öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynayıblar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşüb”.
Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyev üçün ən vacib sahələrdən biri də insanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı, savadlı, bilikli, əsl peşəkar həkim kadrlarının hazırlanması olub: “Ümummilli liderin səhiyyənin inkişafında diqqət etdiyi əsas məqamlarından biri də mövcud səhiyyə ocaqlarının abadlaşdırılması, yeni tibb müəssisələrinin tikilməsi idi. Bu gün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də Ulu Öndərin sosialyönümlü siyasət strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
“Bugünkü Beynəlxalq elmi-praktik konfrans təbabətin ən aktual sahələrindən birinə, kardiologiya və onkologiyanın kəsişməsində yerləşən kardioonkologiya sahəsinə həsr olunub. Ümid edirəm ki, elmi-praktik konfrans hər bir iştirakçı üçün faydalı olacaq, müzakirə olunan mövzular ətrafında səmərəli fikir mübadiləsi aparılacaq”, - deyə nazir müavini fikrini tamamladı.Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov keçirilən elmi konfransın Azərbaycan tibbi və elmi üçün vacibliyini vurğulayaraq, kardioonkologiya kimi problemin bizim ölkədə aktuallığını qeyd edib.ETKİ-nin direktoru Gülnaz Dadaşova öz çıxışında Ulu Öndərin həyat və fəaliyyətinin gələcək nəsillərə çatdırılması baxımından vacibliyini qeyd edərək Heydər Əliyevin təməlini qoyduğu mütərəqqi siyasi irsin Prezident İlham Əliyev tərəfinən qətiyyətlə həyata keçirdiyini vurğulayıb. Tədbir haqqında məlumat verən G.Dadaşova diqqətə çatdırıb ki, konfransda bir neçə əlaqəli ixtisasların - kardiologiya, onkologiya və ürək-damar cərrahiyyəsinin kəsişməsində çalışan tanınmış ekspertlər iştirak edirlər.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 24 DTT kredit balı ilə qiymətləndirilib. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
***
“Heydər Əliyev İli” çərçivəsində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən “Kardioonkologiya: problemə müasir baxışlar” mövzusunda təşkil olunan beynəlxalq elmi-praktik konfrans öz işini başa catdırıb.
Elmi-Tədqiqat Kardiologiya İnstitutu (ETKİ) direktoru Gülnaz Dadaşova Azerinform-un müxbirinə deyib:
Ümidvarıq ki, “Kardioonkologiya: problemə müasir baxışlar” beynəlxalq elmi-praktik konfransı KardioOnkologiya sahəsinin respublikamızda inkişafı üçün öz töhfəsini verəcək, bu istiqamətdə yeni proyektlərə imza atmağa zəmin yaradacaqdır."
Azerinform.az