backend

Zakir Fərəcovla Adil Xudadatovun gizli əlaqəsi: Baş memar kimi fotoyla şantaj edib?

Sumqayıtın icra başçısı Zakir Fərəcovla bir qrup iş adamı və 400-ə yaxın işçinin arasında pul qalmaqalı davam edir. Belə ki, şəhərin Dənizkənarı Bulvarı və giriş hissəsinin tikintisini həyata keçirən iş adamları 2016-cı ildən bəri 8 milyon manat pullarını ala bilmirlər. Onların bildirdiyinə görə, işi tamamladıqdan sonra pullarını istəsələr də, bunun heç bir xeyri olmayıb.
Məsələ ilə bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə icra başçısı borcların ödənilməsini Sumqayıt İcra Hakimiyyətinin Tikinti və Memarlıq şöbəsinin müdiri Adil Xuradadatova həvalə etdiyini deyib. Elə həmin vaxtdan Xudadatovu tapmaq mümkün olmayıb.
Daha doğrusu, sözügedən şəxs telefonla danışaraq, iş adamlarına deyib ki, icra başçısı işləri ona tapşırsa da, pulu yoxdur. Pulu toplamaq üçün isə işçilərini ərazilərə göndərib və onlar pul yığdıqdan sonra görüşəcək. Maraqlıdır, dövlət başçısı Sumqayıtda abadlıq və yenidənqurma işlərinə 50 milyon manat pul ayrıb. Həmin pulun hara və nəyə xərcləndiyi məlum deyil.
Daha doğrusu, görülən işlərdən yalnız 4 milyon manatı sahibkarlara verilib. Yerdə qalanın aqibəti bəlli deyil. İndi sual olunur: Ayrılmış 50 milyon manat pul hara xərclənib? Sumqayıt İcra Hakimiyyətinin hesabında olan pulu kimlər özünküləşdirib? Və ən əsası, İcra Hakimiyyətinin sahibkarlara olan borcunu Adil Xudadatov niyə verməlidir?
Xudadatov ən yaxşı halda Sumqayıt İH-nin tikinti və memarlıq şöbəsinin müdiridir. Onun vəzifəsi şəhərdə memarlıq və tikinti işlərinə nəzarət etməkdir. Amma bu adam deyil ki, “əraziyə işçiləri göndərmişəm ki, pul yığsınlar”. Görəsən, şöbə müdiri hansı pulu yığır və yığdırır? Xudadatov niyə Zakir Fərəcovun borclarını bağlamalıdır?
A.Xudadatovun vəzifəyə gətirilməsinin maraqlı tarixçəsi ilə bağlı məlumat daxil olub. Zakir Fərəcov Abşeronda icra başçısı işlədiyi dönəmdə bu şəxsi Memarlıq şöbəsində vəzifəyə gətirmişdi. Lakin bir müddət keçəndən sonra Adil Xudadatov başçının qəzəbinə gəldi və həbs edildi.
Sakinlərin bildirdiyinə görə Zakir Fərəcovun onu həbs etdirməsi şəxsi münasibətləri ilə bağlı olub. Adil Xudadatovla qeyri-rəsmi qohum olan icra başçısı istəyinə çatandan sonra onu həbsdən azad edib və Sumqayıt İcra Hakimiyyətində mühüm vəzifə ilə təmin edib. Hazırda davam edən rəsmi olmayan qohumluq münasibətləri Zakir Fərəcovu qane etdiyindən Adil Xudadatov şəhərdə söz sahibi hesab olunur. İddia olunur ki, o, özünün və yaxınlarının adına rəsmiləşdirilmiş milyonluq daşınmaz əmlaklara sahibdir.
Şikayətçilər A. Xudadatova məxsus olan obyektlərin siyahısını cumhuriyyet.az-a göndəriblər.
Onların bəzilərini təqdim edirik:
1. Bakı şəhəri, 28 may küçəsi, “Neptun” marketin üstündə yerləşən mənzillər;
2. AAFF Yaşayış Kompleksində mənzillər;
3. Sumqayıt şəhəri, 21-ci məhəllədə villalar;
4. Sumqayıt Memarlıq İdarəsinin qarşısındakı 14 mərtəbəli binanın yaxınlığında yeni tikilən 4 mərtəbəli bina
5. Yenə eyni ünvanda “Repaprik Pab” (icarədə);
6.43-cü məhəllədə “Kammet” klinikasının yanında tikilməkdə olan 5 mərtəbəli bina;
7. Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən mebel mağazası (icarədə);
8. Sumqayıt şəhəri, 6-ci mikroraryon yerləşən “Taxılçı” restoranı və onun yanında “Təndir evi” (icarədə);
9. Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən bir neçə mağaza;
10. Sumqayıt şəhəri 17-ci mikrorayonda yerləşən “5 fəsil” adlanan 4 mərtəbəli qeyri-yaşayış sahəsi…
Bu yaxlnlarda A.Xudadatovun Sumqayıtda rütbəli yüksək bir məmurun əyləncə mərkəzindən kadrlarını müvafiq orqanlara ötürərək onu vəzifədən azad etdirdiyi haqda da məlumatlar var ki, bunun təfərrüatları haqda növbəti yazımızda.