backend

Moskva meriyasının onlarla jurnalisti “bəslədiyi” ortaya çıxdı

Moskva meriyası tərəfindən “Mənim rayonum” proqramı vasitəsilə bir sıra KİV-lərin şişirdilmiş qiymətlərlə maliyyələşdirildiyi ortaya çıxıb.

“Azərbaycan Reallığı” xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə müxalif siyasətçi Aleksey Navalnının komandası xüsusi araşdırma aparıb.

“Proqram”dan vəsait alanlar arasında RT-nin baş redaktoru Marqarita Simonyan və onun əri Tiqran Kosayan, hazırda fəaliyyəti qadağan olunan “Exo Moskvı” radiostansiyasının keçmiş baş redaktoru Aleksey Venediktov, RTVI, Kseniya Sobçak, Aram Qabrelyanov və Maksim İksanova tabe strukturlar (Life.ru, “Mash” teleqram kanalı), “Konstantin Malofeyevin “Tsargrad” kanalı, “Sreda” fondu, “Yabloko” partiyasının Moskva təşkilatının sədrinin müavini Kirill Qonçarov və başqaları var.
Sadalanan şəxslər Moskvanın həyatını və meriyanın işini tərənnüm edən xüsusi proqramlar, layihələr hazırlayıblar. Navalnının komandası iddia edir ki, həmin proqramlar şişirdilmiş qiymətə hazırlanıb. “Mənim rayonum” kampaniyası Moskva meriyası tərəfindən maliyyələşdirilir. Navalnının komandası qeyd edir ki, təkcə 2021-ci ildə şəhər hökuməti proqrama 14 milyard rubl (185 milyon ABŞ dolları) ayırıb.