backend

Qasım Süleymaninin qızı Naxçıvanla sərhəddə 20 milyon dollar dəyərində torpaq sahəsi alıb


SEPAH-ın Qüds qanadının öldürülmüş generalı Qasım Süleymaninin qızı Zeynəb Süleymani Naxçıvanla sərhəddə Güney Azərbaycanın Ərəblər (Poldəşt) şəhərində 5 min hektar (50 kvadrat kilometr) torpaq satın alıb.

Zeynəb aldığı bu torpaqlarda geniş şəkildə qoz və badam ağaclarının becərilməsi ilə məşğuldur. 1 kvadrat metrinin qiyməti 200 min tümən olan 5 min hektar torpağın ümumi dəyəri 20 milyon dollara yaxındır.


Burada əsas sual ondan ibarətdir ki, Zeynəb Süleymani bu pulu haradan əldə edib? 20 milyon dollarlıq torpaq sahəsi hansı maliyyə mənbəyi hesabına alınıb? Nəzərə almaq lazımdır ki, bu torpaqların becərilməsi, suvarılması, işçi qüvvəsi və s. üçün ən azı bu qədər də kapital lazımdır.