backend

Tanınmış jurnalist Zülfüqar Hüseynzadə qəfil vəfat etdi

"Moderator" saytının rəhbəri, tanınmış jurnalist Zülfüqar Hüseynzadə bu səhər Kəlbəcərdə vəfat edib.

Qaynarxett.az xəbər verir ki, bu barədə jurnalist Rauf Arifoğlu məlumat yayıb.

Əslən Kəlbəcərin Başlıbel kəndindən olan Zülfüqar bəy doğma yurduna ziyarətə gedibmiş.

Alaçıq quraraq, gecəni kənddə keçirdən jurnalistin sabaha yaxın səhhəti qəfil pisləşib və o, ürəktutmadan vəfat edib.


Qeyd edək ki, Z. Hüseynzadənin 52 yaşı vardı. Kəlbəcər işğaldan azad edildikdən sonra yaxınlarının məzarını ziyarət etmək üçün tez-tez ora səfər edirdi.