backend

Radiasiya Problemləri İnstitutunda ALİMANƏ YEYİNTİ – İLGİNC FAKTLAR

Radiasiya Problemləri İnstitutu 2022-ci ilin aprel ayının 5-dən 2023-cü ilin may ayının 25-dək 5 dəfə “cari təmir” lotu üzrə satınalma həyata keçirib.

“Qlobal.az” xəbər verir ki, bu satınalmaların ümumi məbləği 97.360 manat edib:
Radiasiya Problemləri İnstitutunun 2022-ci ilin aprel ayının 25-də “cari təmir” lotu üzrə sifarişçi olduğu satınalmanın məbləği 23.506 manat, bu satınalmanın qalibi isə Museyibli Nicat Taleh oğludur.
Radiasiya Problemləri İnstitutunda ALİMANƏ YEYİNTİ
İnstitutun “cari təmir” lotu üzrə növbəti satınalması 2022-ci ilin iyun ayının 3-də keçirilib.
Bu satınalmanın məbləği 24.925 manat, qalibi isə “Best Lider” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
“Best Lider” MMC 2022-ci ilin fevral ayında dövlət qeydiyyatına alınıb.
Bu şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Tağıyev Şükran Nicat oğludur.
“Best Lider” MMC-nin fəaliyyət profili, maddi texniki bazası, işçilərinin sayı, müvafiq lisenziyaları barədə heç bir məlumat yoxdur.
Radiasiya İnstitutu 2022-ci ilin avqust ayının 31-də “cari təmir” lotu üzrə daha bir satınalmaya yekun vurub. Bu satınalmanın məbləği 24.560, qalibi isə “EM PROYEKT” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
“EM PROYEKT” MMC (VÖEN: 1307407171) də İnstitutun digər satınalmasının qalibi elan edilən “Best Lider” MMC kimi şübhəlidir. Belə ki, bu şirkətin də fəaliyyət profili, işçiləri, iş təcrübəsi, müvafiq lisenziyaları barədə məlumat yoxdur.
Şirkətin hüquqi ünvanı Yasamal rayonu, Dadaş Bünyadzadə ev 128, mənzil 0, qanuni təmsilçisi isə Zahidov Nicat Şökət oğludur.
Nicat Zahidov kimdir?
Radiasiya Problemləri İnstitutunun qalib elan etdiyi “EM PROYEKT” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Zahidov Nicat Şökət oğlu barədə “Qlobal.az” məlumat əldə edib.
Məlumata görə, Nicat Zahidovun ümumiyyətlə “EM PROYEKT” Məhdud Məsuliyyətli Cəmiyyətindən xəbəri yoxdur.
Qubadlı rayonundan məcburi köçkün olan Nicat Zahidov ailəsi ilə birlikdə acınacaqlı durumda Sumqayıt şəhərində məskunlaşıb.
“Qlobal.az” “EM PROYEKT” MMC ilə Radiasiya Problemləri İnstitutu arasında imzalanmış satınalma müqaviləsinin icrası barədə araşdırma aparıb.
Məlumata görə, Radiasiya Problemləri İnstitutu “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikasının Qanununun bir sıra maddələrini pozaraq iştirakçıdan ixtisas uyğunluğuna dair sənədi tələb etməyib.
Bu barədə əldə etdiyimiz məlumatı İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də təsdiq edir.
“İddiaçı təşkilatdan ixtisas uyğunluğu tələb edilməyib”
Radiasiya Problemləri İnstitutunda ALİMANƏ YEYİNTİ
Əhməd Həsənov

İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məsələyə münasibət bildirib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənov sayta bildrib ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6.2-ci maddəsinə əsasən, satınalma prosedurlarında iştirak etmək üçün podratçıların ixtisas göstəriciləri müəyyən meyarlara uyğun gəlməlidir:
“Lakin Radiasiya Problemləri İnstitutu tərəfindən dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş kotirovka sorğusu şərtlərində ixtisas uyğunluğuna dair sənədlər tələb edilmədiyi müəyyən edilib. Dövlət Xidməti tərəfindən qeyd olunanlar nəzərə alınaraq keçirilmiş müsabiqənin nəticəsinin ləğv olunması və satınalmanın Qanunun tələbinə uyğun yenidən keçirilməsi məqsədəmüvafiq hesab edilib”.
Hesablama Palatası İnstitutun fəaliyyətini yoxlamayıb
Radiasiya Problemləri İnstitutunda ALİMANƏ YEYİNTİ
Tamerlan Yusifzadə
Proxy şəxsin qanuni təmsilçisi olduğu MMC-dən ixtisas göstəriciləri tələb etmədən sifarişçi olduğu satınalmada qalib elan edən Radiasiya Problemləri İnstitutunun fəaliyyətinin audit edilib-edilmədiyi barədə Hesablama Palatasını da mövqe bildirib.
Hesablama Palatasının İnformasiya məsələləri üzrə məsul şəxsi Tamerlan Yusif-zadənin “qlobal.az”a göndərdiyi məktubda Hesablama Palatasının 2022-ci ildə Radiasiya Problemləri İnstitutunda audit həyata keçirmədiyi deyilir.
Radiasiya Problemləri İnstitutunda ALİMANƏ YEYİNTİ
İslam Mustafayev
Radiasiya Problemləri İnstitutunun baş direktoru İslam Mustafayevdir.