backend

Sahibkar yenidən ölkə başcısına ÜZ TUTDU: "Məni Bagırov və Göyüşovun zülmündən qurtarın - İsmayıllıda nə baş verir?

Ağsu Rayon Ərəbuşağı kənd sakini sahibkar Azər Mürsəlov Qaynarxett.az-a növbəti dəfə müraciət edərək bildirib ki, onun 2000-ci ildən 2022-ci ilə qədər icarə ilə istifadə etdiyi yay otlaq sahəsi əsassız bəhanələrlə ona verilmir.

Şikayətçi iddia edir ki, icarə üçün müraciət etdikdən sonra gəlib onun qoyunlarına baxış keçiriblər. Vətəndaşın özünün xəstəxanada müalicə olunması ucbatından, təsərrüfatının yanında olmamasından istifadə edərək heyvan sayını olduğundan çox az göstəriblər. Daha sonra Azər Mürsəlov ərizə ilə heyvanlarının yenidən sayılması üçün müraciət edib. Gələn komissiya heyvan sayının 367 baş olmasını təsdiq edib. Vətəndaşın əlində müvafiq rəyin verildiyi sənəd də var. Hətta ona 22 ildir qüsursuz istifadə etdiyi yay otlaq sahəsinin yenidən veriləcəyi sözü də verilib. Lakin bir müddət sonra tanınmış iş adamı Ədalət Göyüşovun o yerə göz dikməsi vəziyyəti dəyişib.



İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov Ədalət Göyüşovdan çəkinərək söz verdiyi ərazini Azər Mürsəlova verməkdən imtina edib. Mürsəlova imtina səbəbi kimi isə ilk dəfə heyvan sayını müəyyən etmək üçün keçirilmiş baxış əsas götürülüb. Vətəndaşa bildiriblər ki, sənin 40 baş qoyunun olduğu üçün sənə həmin yay otlaq sahəsi verilmir. Həmin ərazi çox sayda xırdabuynuzlu heyvanların otarılması üçun nəzərdə tutulub. Azər Mürsəlova müxtəlif bəhalərələ hədə qorxu gəlinib və vətəndaş həmin ərazini tərk etmək məcburiyyətində qalıb. Ona bildiriblər ki, ərazini tərk etmədiyi halda onu 4 il azadlıqdan məhrumetmə cəzası verəcəklər və yaxud 8000 manat cərimə edəcəklər.

Hazırda sözü gedən yay otlaq sahəsində Ədalət Göyüşova məxsus 50 baş keçi və 60 baş qaramal saxlanılır. Ora da iribuynuzlu heyvanların saxlanılması qanunla nəzərdə tutulmuş qaydada icazəsiz olsa da Göyüşovun adı qanunlara üstün gəlib. Belə ki, Azər Mürsəlova saxta sayımdan sonra 40 baş xırdabuynuzlu heyvanının olmasını əsas gətirən İsmayıllı Rayon İcra Hakimiyyəti 50 baş xırdabuynuzlu heyvanı olan iş adamına yeri icarəyə verib.

Sahibkar Azər Mürsəlov media vasitəsilə cənab Prezident İlham Əliyevə bir daha müraciət edərək haqqının təmin olunmasına köməklik edilməsini xahiş edir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Qaynarxett.az