backend

Hüseyn Məlik 20 sutka inzibati həbs cəzası alıb /YENİLƏNİB/

 Hüseyn Məlik 20 sutka inzibati həbs cəzasına məhkum edilib, bu barədə Azərbaycan Demokratiya və Rifah Partiyası məlumat yayıb.

*   *   *

Azərbaycan Demokratiya və Rifah Partiyasının üzvü Hüseyn Məlik saxlanılıb

Bu gün səhər polis Azərbaycan Demokratiya və Rifah Partiyasının üzvü Hüseyn Məliyi saxlayıb.

Azərbaycan Demokratiya və Rifah Partiyasının rəhbəri Qubad İbadoğlu bildirib ki, saxlanmanın səbəbləri hələ məlum deyil. Lakin İbadoğlu hesab edir ki, çox güman ki, həbs Xalq Cəbhəsi Partiyasının fəalı Zamin Salayevin məhkəmə prosesin keçirildiyi Bakı Apellyasiya Məhkəməsinin qarşısında Məliyin jurnalistlərə müsahibəsilə  bağlıdır.

Hüseyn Məlik Salayevin 4 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökmü qüvvədə saxladığına görə hakimiyyəti kəskin tənqid edib.
Daxili İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb.