backend

İcra başçısının mülklərinin siyahısı yayılıb - Villalar, vətəgələr, obyektlər, mağazalar...

Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin mülklərinin siyahısı yayılıb.

Qlobal.az icra başçısının sosial şəbəkələrdə yayılan mülklərinin siyahısını təqdim edir:
1. Bakı şəhəri, A. Bakıxanov, ev 39 ünvanında mənzil
2. H.Zərdabi 3153-cü məhəllə, ev 7, mən. 200 mənzil
3. Şərq küç, ev 11B ünvanında mənzil
4. Oğlunun 100.000 manatlıq çayxanası
5. Kürəkəninin Qaçqın Şəhərciyində ümumi sahəsi 100 kv.metr olan dükanı
6. "Ana və Uşaq" kafesi
7. "Təchizat BCS" MMC şirkəti
8. Bərdədə ikimərtəbəli mağaza
9. Mixaylovka kəndində bir imarət
10. Ağcakənddə ikinci böyük villa
11. Xətai rayonu, Babək prospektində 4 mərtəbəli 2 ayrı malikanə
12. 90-GP-555 dövlət nişanlı Toyota Prado
13. Mercedes G63 AMG
14. Bərdədə Heydər Əliyev parkında kafe
15. Yevlaxda əzəmətli villa
16. Yevlax-Bərdə yolunun üstündə balıq vətəgələri
17. Yevlaxda, Bərdədə, Tərtərdə hektarla torpaq sahələri, iaşə obyektləri, mənzillər
18. Rusiyada, Türkiyədə biznes və obyektlər
Xatırladaq ki, Vidadi İsayev 2011-ci ildən Bərdə rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini tutur.
Qlobal.az məsələ ilə bağlı Bərdə rayon İcra Hakimiyyətindən mövqe öyrənə bilməyib.
Sonxeber.az 
https://sonxeber.az/303578/icra-bascisinin-mulklerinin-siyahisi-yayilib-villalar-vetegeler-obyektler-magazalar