backend

Şəhid dəfnində yaylım atəşindən qorxan və qəhqəhə çəkərək gülən iş adamının adı bəlli oldu… – Bu, “Qartal” Tikinti Firmasının direktoru Şahin İdris oğlu Məmmədovdur

Gündəlik-baku.com saytının əldə etdiyi məlumata görə, Sumqayıt şəhərində şəhidin dəfni zamanı yaylım atəşindən qorxaraq yerə oturan, sonradan isə qəhqəhə çəkərək gülən iş adamının adı, apardığımız araşdırmalar nəticəsində bəlli oldu.

Bu şəxsin adı “Qartal” firmasının sahibi, milyarder, bu yaxınlarda dövlət qurumları tərəfindən cərimələnmiş “Qartal” Tikinti Firmasının direktoru Şahin İdris oğlu Məmmədovdur.

Gündəlik-baku.com-un məlumatına görə, şirkət rəhbərinə qarşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta protokolu tərtib olunub.

Protokol İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə irəli sürülüb. Bu maddəyə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək, vəzifəli şəxslər 3000-5000 manatadək, hüquqi şəxslər 20000-25000 manatadək məbləğdə cərimə edilir.

İş təsdiqini taparsa, Qartal Tikinti Firmasının direktoru Şahin Məmmədovu 25 min manatadək cərimə gözləyir.

İndi isə, “Qartal” Tikinti Firmasının direktoru Şahin Məmmədov yeni bir problem yaratdı.

Bir məsələni diqqətə çatdıraq ki, şəhidlərimizin dəfnində, camaatımız qan-yaş tökdüyü vaxt, Şahin Məmmədov qəh-qəhə çəkib gülür. Budur Şahin Məmmədovların iç üzü. Biz tapdıq, yazdıq. Qalanını buraxırıq cəmiyyətin müzakirəsinə.