backend

Sahil Babayevin çevrəsində İLGİNC OLAYLAR - İDDİA

Xeyli müddət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini, sonra rəisi olmuş, hazırda nazirliyin Aparatının Əmək siyasəti şöbəsinin müdiri olan Fuad Heydərov barəsində az qala 1 saata yaxın internetdə axtarış aparsaq da bu adamın kimliyi barədə bir cümələyə də rast gəlmədik.

Axı, bu adam mühüm dövlət qurumu olan Dövlət Əmək Müfəttişliyinin rəisi olub, yəni sıradan biri deyil. Bu adam neçənci ildə anadan olub, hansı ali məktəbi bitirib, ixtisası nədir, hərbi qulluqda olubmu və s..?
Birdən oxuyuruq ki, təzə nazir Sahil Babayev işdən azad olunan Müfəttişliyin rəisi Elman Cəfərovun yerinə onun müavini Fuad Heydərovu təyin edib. Vəssəlam. Fuad Heydərov barəsində bu qədər. Vallahi, bizi qınamayın ee...elə bil bu adamlar göydən zənbillə mühüm dövlət vəzifələrinə təyin olunurlar.
Bir daha qeyd etmək istəyirik ki, Dövlət Əmək Müfəttişliyi çox mühüm dövlət qurumudur. Azərbaycanda yüz minlərlə, bəlkə də milyondan çox işləyən vətəndaşlar var. Bunların əmək müqaviləsindən tutmuş məzuniyyətinə qədər, iş başında aldığı xəsarətdən tutmuş müalicəsinə qədər məsələlərə Müfəttişlik baxır.
Müfəttişlik barəsində qısaca məlumat verək ki, məsələ oxucuya aydın olsun. Müfəttişlik Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən dövlət, özəl, sahibkarlıq, fiziki şəxslər, hüquqi şəxslər və s fəaliyyət sahələrində Azərbaycan dövlətinin Əmək Məcəlləsinin düzgün həyata keçirilməsinə nəzarət edir. Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinə əməl olunması sahəsində, о cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlillərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə və əmək qanunvericiliyinin tələblərinə uyğun digər istiqamətlərdə dövlət nəzarətini həyata keçirir. Və...üstəlik əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması üçün dövlət orqanları qarşısında məsələ qaldırır. Yəni gördünüz ki, bu qurumun əlində işçilərin hüquqlarını qorumaq üçün kifayət qədər səlahiyyət var. Amma....
Əmması odur ki, az qala hər gün oxuyuruq ki, filan MTK-nın apardığı tikintidə fəhlə binadan yıxılaraq öldü. Görəsən, Fuad Heydərov bir dəfə maraqlanıbmı ki, həmin fəhlənin əmək müqaviləsi varmı..? Əlbəttə, yoxdur. Görəsən həmin MTK-da əməyin təhlükəsizliyinin qorunması ilə bağlı Fuad Heydərov bircə dəfə məsələ qaldırıbmı..? Əlbəttə, yox.
Görəsən, həmin MTK-larda fəhlələrə qanuni məzuniyyət verilirmi..? Fəhlələr iş saatından artıq işlədilirmi ? Bəzən hətta dövlət qurumları ixtisar adı altında işçiləri işdən uzaqlaşdırır. 1-ci və 2-ci qrup əlillərin iş vaxtı qısa olmalı, əmək məzuniyyətləri 42 gündən az olmamalıdır.
Görəsən, 2018-ci ildə rüşvət ittihamı ilə işdən çıxarılan Elşən Tağıyevi qurumda necə işə götürüblər..?
Belə ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin sektor müdiri Elşən Tağıyevin "As İnşaat-N” MMC tikinti şirkətindən rüşvət aldığına görə, işdən qovulmuşdu. Belə bir adama Fuad Heydərov necə yenidən vəzifə verib?
Sözün qısası, Fuad Heydərov vaxtilə Müfəttişliyi rüşvət və korrupsiya yuvasına çevirmişdi. Və... nazir Sahil Babayev onu vəzifəsindən azad edərək nazirliyin Aparatının Əmək siyasəti şöbəsinin müdiri vəzifəsinə təyin edib. Onun yerinə kimi təyin edib..?
Bu başqa bir yazının mövzusudur. Ancaq biz deyirk ki, bu kadr siyasətinin adı buğdan götürüb saqqala qoymaqdır, ay Sahil Babayev. Cənab nazir, bəs deyirdin sosial sahədə inqilabi dəyişikliklər edirəm... //gundelik-baku.com//