backend

Ermənistanı iflic vəziyyətinə salacağıq - Manukyan

Ermənistan üç gün ərzində tamamilə iflic vəziyyətinə düşməlidir.

Axar.az xəbər verir ki, bunu İrəvanda genişmiqyaslı mitinqdə çıxış edən Milli Hərəkatın Koordinasiya üzrə Milli Komitəsinin nümayəndəsi Vazgen Manukyan deyib.

"Səhər tezdən - saat 08:00-dan biz itaətsizlik aksiyalarına başlayırıq. Yaxın üç gündə - bazar ertəsi, çərşənbə axşamı və çərşənbə günü bütün Ermənistan iflic vəziyyətinə düşməlidir", - Manukyan bildirib.

Onun sözlərinə görə, bu günlər dövlət qurumlarının işini dayandırmaq üçün qəsdən seçilib:


"Mülki müqavilə”nin deputatları bizə qoşulmasalar, hər bir şəxsə baş verənləri izah etməli olacaqlar".