backend

Neftçalada əxlaqsız hərəkətlərdə şübhəli bilinən şəxs həyatına qəsd etdi

Noyabrın 10-da Neftçala rayonunda intihar hadisəsi baş verib.

DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, on altı yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinən 1971-ci il təvəllüdü Hüseynov Azər Mahmud oğlu paltar lifindən hazırladığı vasitə ilə saat 4 radələrində həyatına qəsd edib.

Göstərilən tibbi müdaxilələrə baxmayaq, onun həyatını xilas etmək mümkün olmayıb.

Şəxsin yaxınlarının iştirakı ilə meyitə baxış keçirilib, onun bədən səthi üzərində hər hansı xəsarət izi aşkar olunmayıb. Ölüm faktı ilə bağlı məhkəmə-tibb ekspertizaları təyin edilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Araşdırma aparılır.