backend

Qubada yerləşən Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə NƏ BAŞ VERİR

Quba şəhərində yerləşən şəhid Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə qanunsuzluqlar hökm sürür.

Qaynar.media-nın elektron poctuna daxil olan məlumatda bildirilir ki, "Quba şəhərində yerləşən şəhid Mehrab Niftəliyev adına Texniki təmayüllü liseydə dərs saatlarının bölgüləri pulla satılır. Liseyin direktoru Gülzar Əyyubova bu işlərə birbaşa nəzarət edir. Sizdən xahiş edirik ki, Cənab prezidentimizin göstərişi əsasında bu kimi qanunsuzluqlara qadağa qoyulduğuna baxmayaraq qərarların üstünə xətt çəkib özü üçün qanun "layihəsi" yaradan direktor haqqında araşdırma aparılsın."

Liseyin direktoru ilə telefon əlaqəsi yaratmaq cəhtimiz baş tutmadı.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.