backend

Biləsuvardakı bu məktəbin direktorundan ŞİKAYƏT VAR - İddia

Biləsuvar şəhər Əlövsət Eynullayev adına 4 nömrəli tam orta məktəbin direktoru Elşən Ağazadə məktəbdə qanunlardan kənar işlər cevirdiyi deyilir.

Qaynar.media-nın elektron poctuna daxil olan məlumatda bildirilir ki, Biləsuvar şəhər Əlövsət Eynullayev adına 4 nömrəli tam orta məktəbin direktoru Elşən Ağazadə məktəbdə qanunsuzluga yol verdiyi iddia olunur: "Ümumtəhsil orta məktəblərində təhsil qanununa əsasən hər bir uşaq təhsil almaq üçün məktəbdə olmalı, müəllim tərəfindən gələcəyin savadlı kadrları kimi yetişdirilməlidir. Ancaq şəhər Əlövsət Eynullayev adına 4 nömrəli tam orta məktəbin direktoru Elşən Ağazadə qanunlara riayət etməyərək özündən jurnalda adı gedib, amma məktəbə gəlməyən şagirdlərdən ödəniş alaraq dərslərdən yayındırır. Məktəbdə hər ay şagirdlərdən müxtəlif adlarla pul yıgılır. Müəllimlər vaxtında işə gəlmir, dərslər vaxtında keçirilmir. Xahiş edirik Regional təhsil idarəsindən və sektordan açıqlama versin. Görək bu direktorun arxasında kim dayanır ki, məktəbdə qanunlardan kənara işlər cevirir? "

İddia ilə baglı adı cəkilən məktəbin direktoru Elşən Ağazadə ilə telefon əlaqəsi yaratmaq cəhtimiz baş tutmadı.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.