backend

“MİDA”-nın Lənkərandakı tikinti obyektində QANUNSUZLUQLAR - VİDEO

“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin Lənkərandakı tikinti obyektində rastlaşdığımız bəzi xoşagəlməyən qüsurlardan danışacagıq.

Ölkəmizdə çoxmənzilli yaşayış binalarının tikintisinə rəvac vermək, vətəndaşların güzəştlə mənzillər əldə etmələrinə şərait yaratmaq, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil və təmin etmək məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyi yaradılmışdır. Biz bu vəsaitlərin səmərəli istifadə olunmasına Agentliyin Lənkərandakı tikinti obyektinə daxil olarkən tikintidə xərclərin minium qiymətlərlə qənaət olunmasdına tam olaraq əmin olduq.


Şəkildən və videodan göründüyü kimi tikintidə texnikitəhlükəsizlik qaydalarına tam olaraq riayət olunmayır. Belə ki, tikintidə çalışan fəhlələrın və ustaların böyük əksəriyyətinin əllərində əlcək olmadığı halda, ümumiyyətlə heç birində kaska yox idi. Fəhlələrdən biri isə bizə belə söylədi ki, bunlar əlcəyi də, kaskanı da, sapoğu da bizə pul ilə satırlar. Yuxarıda qeyd etdiklərimizi nəzərə alsaq, buradan açıq aşkar məlum olur ki, tikintidə bəzi tikinti avadanlıqlarına da “QƏNAƏT  OLUNUR”. Sakinlər deyir ki, bu obyektə calışan fəklələrin eləsi var ki, müdiriyyətlə müqaviləsi yoxdur, sadəcə "levi" işcilərdir.



Biz tikinti sahəsindən bir qədər aralaşıb, həmin tikintinin yaxınlığındakı vaxtilə Şəhid ailələri və Qazilər üçün  nəzərdə tutulmuş və hal-hazırda həmin tikintidə orada yaşayan bəzi sakinlərə yanaşdıq. Oinlardan həmin tikintinin vəziyyəti barəsində soruşduqda belə dedilər:

-Biz bu binaya yaxınlaşanda iki otaqdan başqa qalan otaqların vəziyyəti açanacaqlı vəziyyətdə idi. Biz həmin otaqları tam olaraq təmir etdikdən sonra otağa yığışa bildik.

Görəsən,“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Fərhad Təhməzovun bu tikintidə baş verənlər haqqında məlumatı varmı?

Baloğlan Mirzəli,
Qaynarxett.az