backend

Balakənin Talalar kənd sakini CARƏSİZ DURUMDA: "Ümüdümüz tək sizədir, cənab İnam Kərimov"

Balakən rayonu Talalar kənd sakini Sarıyev Musa Hüseyn oglu BİA.az-a müraciət edərək Balakən rayon Məhkəməsinin hakimi Hümbət Səlimovdan şikayətcidir.

Şikayətci deyir:"Mən mənə məxsus olan 1 hg.37 sot torpagımı 2008-ci  ildə Talalar kənd sovetliyində Əliyev Şahid Bəşir ogluna 1200 manat qarşılığında əkib- becərməyə imkanım olmadığına gorə icarəyə verdim. Mən torpagımı tələb etdiyimdə Əliyev Şahid Bəşir oğlu mənım torpagımdan cıxmayacagını bildirdi. Mən Balakən rayon Məhkəməsinə müraciət edərək Şahid Əliyevin torpagımdan çıxarılmasını xahiş etdikdə Balakən rayonu Məhkəməsi Hümbət Səlimov Əliyev Şahid Bəşir oglunun hazırladığı saxta sənədlərlə 15 min manat pul ödəmək barədə qərar cıxardı. Halbu ku, Balakən rayon Məhkəməsinin hakimi  hec bir araşdırma aparmadan, 2008-ci ildə mənim kiril hərifləriylə 1200 manat qarsiliginda yazdığım sənədi düzə cixarmadan, 2008-ci ildə torpaqın hektarı necəyə oldugunu öyrənmədən qanunsuz və birtərəfli qərar cıxardı.

Məni bir neçə dəfə evimə polis göndərərək məhkəməyə çağırıb torpagımı Əliyev Şahid Bəşir oglunun adına kecirməyimi, yada ki, 15 min manat odəməyimi tələb etdilər. Mən də məcbur qalıb adımda olan torpagımı  sataraq 15 min manat ödədim və icra  probasya şöbəsinin hesabına yatırdım, cekləi də sübut olaraq əlimdədir. Və sözü gedən Əliyev Şahid Bəşir oglunun səs yazıları da var məndə, deyir ki, bu qərarı mənə elə belə cıxarmayıblar, polisə məhkəməyə, Şəki apiyasiyaya pul yedirtmisəm."

Şikayətci bildirir ki, hazırda yenə Əliyev Şahid Bəşir oglu onu Balakən rayon Məhkəməsinə verib, guya 4 il torpagını əkib becərmədiyinə görə 9 min manat təzminat istəyir.

Balakən rayonu Talalar kənd sakini Musa Sarıyevin oglu Mehman Sarıyev Balakən rayon Məhkəməsinin sədri, hakim Hümbət Səlimovdan şikayət edir. O, bildirir ki, hakim kecən məhkəmə zamanı Şahid Əliyevin tərəfini tutdugundan onların ailəsinə küllü miqdarda ziyan dəymişdir. Bu il 20 dekabrda keciriləcək məhkəməyə yenə də o, baxacaqdır. Ona görə də Məhkəmə-Hüquq Şurasının sədri cənab İnam Kərimovdan xahiş edirlər ki, onların arasındakı bu mülki işə başqa bir rayon məhkəməsi baxsın. 

Daha ətraflı aşagıda sizə təqaim etdiyimiz videoda tanış ola bilərsiniz.

Daha ətraflı aşagıda sizə təqaim etdiyimiz videoda tanış ola bilərsiniz.