backend

Saatlı Suvarma Sistemləri İdarəsində NƏ BAŞ VERİR... - Şok korrupsiya, şübhəli tender əməliyyatları

Saatlı Suvarma Sistemləri İdarəsinin fəaliyyətində çoxsaylı nöqsanlar mövcuddur. Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Idarənin rəisi Tahir Rzayevun fəaliyyətində ciddi qanun pozuntularına yol verir. Belə ki, hələ ötən il melioratorlar tərəfindən bir çox vacib suvarma tədbirləri vaxtında həyata keçirilməmiş, görülən işlər isə keyfiyyətsiz və az effektli olmuşdur. Suvarma kanallarında, kollektor-drenaj şəbəkəsində lildən təmizləmə işləri də yarımçıq görülmüşdür. Fermerlər, şəxsi təsərrüfat sahibləri iddia edirlər ki, SİB işçiləri yerlərdə verilən suyun qənaətlə işlədilməsi və bərabər qaydada paylanmasına nəzarət adı altında özbaşnalıqlara yol verir, nəticədə isə ayrı-ayrı əkin sahələrinin və təsərrüfatların susuz qalmasına səbəb olurlar.

Həmçinin məlmatlara bildirilir ki, idarənin maddi-texniki bazasının möhkəmləndirilməsi, işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi hallarına da geniş yer verilir. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin köhnəlməsi adı ilə onların balansdan çıxarılaraq satılması nəticəsində külli-miqdarda pul əldə olunur. Həmin texnikanın yeniləri ilə əvəz olunması isə aydındır ki, dövlətə böyük xərclər bahasına başa gəlir. Güc transformatorlarının, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında külli miqdarda dövlət maliyyəsi hesabdan çıxarılaraq xərclənsə də, əslində bu avadanlıqlara texnik xidmət də çox aşağı səviyyədədir. Texnikanın nasaz vəziyyətdə saxlanması səbəbindən daşqın və selə qarşı mübarizə məqsədilə çay məcralarının təmizlənməsi və daş bəndlərin qurulması işlərində onların köməyinə də bel bağlamaq olmur.

Saatlı rayonunda min hektarlarla suvarılan torpaq sahələri mövcuddur. Bütün bu ərazinin suvarma və meliorasiya işlərini vaxtında və yüksək səviyyədə təmin edə bilmək üçün rayonun Suvarma Sistemləri İdarəsinin bütün resurs və imkanları daima səfərbər vəziyyətdə olmalıdır. Bu hazırlığın əsas məsuliyyəti isə əlbəttə ki, idarənin rəisi Tahir Rzayevin üzərindədir. Təəssüflər olsun ki, bu gün biz hələ də öz şəxsi maraq və mənafeylərini ümumi işimizdən, hətta milli mənafelərdən belə üstün tutan məmurların yarıtmaz fəaliyyətləri ilə tez-tez rastlaşmalı oluruq. Özünü illərlə Meliorasiya və Su təsərrüfatı ASC-nin kecmiş sədri Ə.Əhmədzadənin yaxın adamı kimi qələmə verən Tahir Rzayev də məhz belə məmurlardandır.

Qaynar.media-ya Saatlı rayonundan daxil olan başqa məlumata görə, rayonun Suvarma Sistemləri İdarəsində korrupsiya halları baş alıb gedir. Bildirilir ki, idarənin rəisi Tahir Rzayev Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovu da aldadır. Belə ki Tahir Rzayev dövlətin rayonda suvarma sistemlərini yeniləmək və təmir etmək üçün ayrdığı büdcə vəsaitini müxtəlif yollarla talan edir.

Məlumatda bildirilir ki, Tahir müəllim sovet dönəmindən qalmış və istifadə vaxtı çoxdan bitmiş su nasoslarını sadəcə rəngləməklə kifayətlənir və sənədlərdə həmin nasosların yenilənməsi göstərilir. Adətən su nasoslarının təmiri üçün 1000-2000 manat xərcləndiyi halda sənədlərdə həmin məbləğ fantastik rəqəmlərlə şişirdilir ki, bu pulla bir neçə yeni su nasosu almaq mümükündür.

Bildirilir ki, təkcə keçən il dövlət büdcəsindən rayondakı sukanalların təmizlənməsi ücün ayrılan on min manatlarla pul sadəcə silinib, amma su kanallarında son 10 il müddətində heç bir əsaslı təmizləmə işləri aparılmayıb. Hər hansı bir iş görülübsə belə, bu ancaq kosmetik xarakterli olub. Bu üzdən suyun əkin sahələrinə satdırılmasında ciddi problemlər yaranır. Bundan başqa kanalların təmizlənməsi üçün ayrılan yanacaq və sürtkü yağlarının pulu da Tahir Rzayevin şəxsi kassasında yoxa çıxır.

Həmçinin məlumatda o da bildirilir ki, su kəndlilərə dövlət qiymətindən üç dəfə baha qiymətə satılır. Pul əvvəlcədən nağd olaraq alınır, bir çox hallarda kəndilərə yetəri qədər su verilmir. Qəribədir ki, suyun əkin sahələrinə çatdırıla bilməməsi kanalların dolması ilə əlaqələndirilir. İdarə işçiləri açıq şəkildə əhaliyə bildirirlər ki, gedin kanalları təmizlətdirin. Halbuki su kanallarının təmizlənməsi üçün dövlət büdcəsindən ayrılan pulları Tahir Rzayev mənimsəyir.

Bildirilir ki, rayonun vəzifəli və varlı şəxslərinə su ilk başda verilir. Ona görə də kasıb əhalinin əkin sahələri bütün yay ayları boyunca sudan korluq çəkir. Bu zaman kasıb əhalinin tək dolanışıq yerinin həmin əkin səhələri olduğunu heç kim vecinə belə almır.

Bütün bunlar azmış kimi Tahr Rzayev idarənin bütün maşın, avadanlıq və texnikasını özəl şirkətlərə verərək yüz minlər qazanır. Kanallar isə lilin-palçığın içində qalır. Təsəvvür edirsiniz dövlətin verdiyi texnikanı Tahir Rzayev öz istədiyi kimi, kimə istəyir arendaya verir.

Hələ bu harasıdır..?

Tahir Rzayev çayın bəndini dağıtmaqla ekoloji tarazlığı pozur, bu müdaxilələr isə gələcəkdə fəlakətlərə səbəb ola bilər.
Tahir Rzayevlə bərabər onun qardaşı Zahid Rzayev də rayonda böyük biznesə sahibdir. Rzayev qardaşlarının daş karxanası, qum-çınqıl sexləri gecə-gündüz fəaliyyətdədir. İdarənin texnikası qardaşların daş karxanalarında işləyir.

Görəsən, bu qardaşlar karxanalardan qazandığı milyonlardan nə qədər dövlətə vergi ödəyirlər..?

Deyilənlərə görə Tahir Rzayevin arxasında duran isə birbaşa Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini Rafiq Aslanovdur

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

ARDI VAR