Şikayətci bildirir ki, bu gün günün birinci yarısına şəhərdə yerləşən Benzindoldurma məntəqəsində idarə etdiyi sərnişin avtobusuna salyarka vurub maşını yerindən tərpədərkən başqa bir maşına toxundurmuşdur bu zaman yaxınlıqda olan yol polis bölməsinin əməkdaşları hadisə yerinə gəlmişlər.
hər iki maşında hec bir ciddi zədə olmadıgında şikayətci olmamışdır. Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı Vasif Kərimli maşını polis bölməsinə aparmış və sürücüdən maşını burxmaq ücün 300 manat pul istəmişdir. Daha ətraflı video müraciətdə tanış ola bilərsiniz.
Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi İlkin müəllimlə telefon əlaqəsi yaratdıq. "Araşdırıb sizə məlumat verərik" dedi. Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı Vasif Kərimli isə faktı eşiden kimi telefonu söndürdü.
Araşdırmamız davam edir.
Qaynarxett.az


