backend

Qaxda yerləşən 13 saylı Yol İstismar İdarəsində nə baş verir? - Əhməd Mirzəbəyov özünü “xan” kimi də aparır

Bir müddətdir ki, çoxsaylı media qurumlarında, bəzi sosial şəbəkə istifadəçiləriin paylaşımlarında və digər media resurslarında Əhməd Mirzəbəyovun rəhbərlik etdiyi 13 saylı Yol İstismar İdarəsində büdcə vəsaitlərinin “levı yollar”la mənimsənilməsindən, idarəyə məxsus bəzi nəqliyyat vasitələrindən yerli sakinlərə məxsus fərdi işlərin görülməsində istifadə olunmasından, hətta az sayda olsa belə bu idarədə “ölü canlar”ın olmasından və s. kimi olaylardan bəhs olunan tənqidi məqalələr yayımlanır. Diqqəti bir məqama yönəldək ki, sanki 13 saylı Yol İstismar İdarəsi 15-16-cı əsrlərdə mövcud olmuş feodal üsul-idarəsi ilə idarə olunur. Belə bir yanaşmanın ortaya çıxmasına əsas səbəb, məhz bu idarədə Mirzəbəyov soyadını daşıyanların çoxluq təşkil etmələridir. Sual oluna bilər ki, niyə Mirzəbəyovlar? Deməli bu sualın cavabını həmin idarədə işləyənlər tam dəqiqliklə bilməsələr də, yəqin ki, Əhməd Mirzəbəyovun özü bunu çox gözəl bilir. Əvvəla onu qeyd edək ki, Mirzəbəyov soyadını daşıyan bu şəxs uzun illərdir ki, 13 saylı Yol İstismar İdarəsinə rəhbərlik edir. Yəni, bu şəxs ötən illər ərzində rəhbərlik etdiyi idarədə o qədər maxinasiyalara qol qoyur ki, onun bu yöndə atdığı addımlar, son anda Əhməd Mirzəbəyovun məmur-oliqarx olmasına səbəb olur. Faktdır ki, hal-hazırda 13 saylı Yol İstismar İdarəsinin rəisi Qaxda ən imkanlı şəxslərdən biri hesab olunur. Söz yox ki, bu şəxsin məmur-oliqarx olmasına bir çox amillər də səbəb olmuşdur.

Indi isə keçək əsas mətləbə. Qaxdan Qaynarxett.az-a verilən məlumata görə müdür Əhməd müəllimin idarədə özünü xan kimi aparır.

Belə ki, iddiaya görə Əhməd müəllim uzun müddətdir ki, idarəyə məxsus olan texnikanı öz mülkiyyəti kimi idarədən kənar işlərdə çalışdırır.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sədrlik edən Saleh Məmmədov Saleh Məmmədov hələ bir neçə vaxt bundan əvvəl imzaladıqları sərəncamlara əsasən Yol İstismar İdarələrinə məxsus olan texnikalar icarəyə verilə bilməz. Amma buna baxmayaraq Əhməd müəllim Qax rayon Yol İstismar İdarəsinə məxsus ağır yük maşınlarını idarədən kənarda işlədir. Məlumata əsasən, «Kamaz», «Tatra», «Kraz» və bir ədəd «Ford» yük maşınlarından ibarət olan həmin texnikalar il uzunu Qaradağdan Qax-a mişar daşı daşıyırlar.

Məlumata görə həmin yük maşınlarının sürücüləri Qax rayon Yol İstismar İdarəsinin işçiləridirlər. Həmin sürücülərin hər biri Əhməd müəllimə aylıq verirlər. Həmçinin Yol İstismar İdarəsinin müdiri onların maaşlarını özü götürür. Həmçinin bildirilir ki, yük maşınlarının bütün təmir işləri sürücülərin üzərindədir. Əhməd müəllim həmin texnika üçün ayrılan yanacaq pullarını və təmir üçün ayrılan vəsaiti mənimsəyir. O da qeyd olunur ki, lazım olanda həmin yük maşınlarını idarənin işləri üçün çalışdıran Əhməd müəllim buna görə sürücülərə əmək haqqı vermir.

Bundan başqa məlumatda qeyd olunur ki, Əhməd müəllim Yol İstismar İdarəsində çalışan işçilərinin maaşlarının hardasa yarısını mənimsəyir. Bildirirlir ki, Qax rayon Yol İstismar İdarəsində calışan işçilərin çoxu qış aylarında öz hesablarına məzuniyyətə göndərilir. Lakin həmin «məzuniyətlər» sənədləşdirilimr və həmin pullar sadəcə idarə müdirinin «cibinə girir».

Həmçinin məlumatda o da qeyd olunur ki, Qaxın bütün daxili yolları bərbad vəziyyətdədir və dövlət tərəfindən hər ay yolların təmiri üçün kifayət qədər vəsit ayrılmasına baxmayaraq, bu yollarda il boyu yalnız «yamaq əməliyyatları aparılır».

Oda qeyd olunur ki, neçə illərdir ki, Şəki şəhərindən Qaxa gedən yolda 13 saylı Yol İstismar İdarəsinin balansında olduğu bildirilən zavod fəaliyyət göstərir. Zavodun necə fəaliyyət göstərməsində diqqət yetirdikdə isə bəlli olur ki, bu istehsal müəssisəsi daha çox ekologiyanı pozmaqla məşğul olur. Həmin başıbəlalı zavod, bu gün ətraf mühiti və ekologiyanı pozmaqdadır. Çünki, zavoddan havaya buraxılan qara tüstü və onun əmələ gətirdiyi fəsadlar, hər kəsi belə düşünməyə sövq edir. Baxmayaraq ki, bu haqda Əhməd Mirzəbəyova sual verib cavab əldə etmək istədikdə o, bütün “qara-qura” işləri örtbasdır etməyə çalışır. Niyə, hələ ki, biz onu bilmirik. Digər tərəfdən, həmin zavodun istehsal etdiyi gəlirlərin Əhməd Mirzəbəyova aid olduğu da söylənilir. Belə bir səbəbdəndir ki, bu gün o, özünü “xan” kimi də aparır.

Yazıda səslənən iddialarla bağlı qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Daha ətraflı növbəti yazımızda. Odur ki, bizi izləyin.