backend

Bərdə şəhər 4 saylı tam orta məktəbində valideynlərdən yenə Yeni ilə pul yıgılır?



Bərdə şəhər 4 saylı tam orta məktəbində valideynlərdən yenə Yeni ilə pul yıgılır.

Bunu redaksiyamızın vatcapp səhifəsinə ünvanladıqları müraciətdə övladları həmin məktəbdə təhsil alan valideynlər bildiriblər. Onların yazdıqlarına görə, məktəbin direktoru Tofiqə Məmmədova ümumiyyətlə məktəbi bazara çevirib: “Bu, birinci dəfə deyil ki, direktor bir gün "fond pulu", bir gün "vinetka pulu" adıyla pul yıgdırır. Əvvəllər də bu cür hallar olub. Artıq boğaza yığıldığımız üçün məsələni ictimailəşdirməyi qərara aldıq. Direktor Tofiqə Məmmədova yeni il qabagı lap agını cıxarıb. Ümid edirik ki, aidiyyəti orqanlar lazım olan tədbirləri görəcəklər”.

Qaynarxett.az bildirir ki, valideynlər daha sonra qeyd edirlər ki, maddi cəhətdən cətinlik cəkirlər, əksəriyyəti işləmir.

"Pul verə bilmirik, ona görə də uşaqlarımız məktəbdə gözümçıxdıya salınır: Yeni ilin məktəbə nə aidiyyatı var? "

Qaynarxett.az qarşı tərəfin də mövqeyini dərc etməyə hazır olduğunu bildirir.