backend

Cavanşir müəllimin ŞOK CAVABI...

Bakı şəhərinin Xətai rayonunda yerləşən 63 nömrəli tam orta məktəbin direktoru ilə telefon əlaqəsi yaradıb Mehriban xanım Əliyevanın 60 illiyinə xüsusi buraxılış hazırlandıgını və orada qabaqcıl təhsil müəssisəsi kimi sizin də təbrik məktubunuzu dərc etməyi planlaşdırdıgımızı bildirdik. 

Cavanşir müəllimin cavabı isə məni şoka saldı: "Xanım mən istirahətdəyəm. Mehriban xanımı əri təbrik edəcək də, ondan mənə nə?!"

Bu replikanı ona görə ictimailəşdirdik ki, cənab drektor Cavanşir Tarıverdiyevin nəzər diqqətinə catdıraq ki, Heydər Əliyev Fondunun rəhbəri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya Azərbaycan təhsilinin, mədəniyyətinin inkişafı, milli-mənəvi dəyərlərin, multikultural ənənələrin qorunması və onların həm ölkə daxilində, həm də beynəlxalq aləmdə təşviqində mühüm rol oynayır. Bu siyasətin ən mühüm istiqamətlərindən olan işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılmasında, müasir sosial-mədəni infrastrukturun qurulmasında, Azərbaycan mədəni irsinin ümumbəşəri dəyərlər qismində tanınmasında Fondun verdiyi töhfələr əvəzsizdir. 

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva xalqımızın milli varlığını özündə yaşadan zəngin mənəvi, elmi-intellektual və mədəni mülkiyyəti qloballaşma dövrünün mənfi təzahürlərindən hifz etmək üçün genişmiqyaslı işlər görmüşdür. Heydər Əliyev Fondunun fəaliyyət prioritetləri sırasında elm və təhsilin mühüm yer tutması qətiyyən təsadufi deyil. Ulu Öndərin ideyalarını əldə rəhbər tutaraq onların gerçəkləşdirilməsinə çalışan Fond, bir zamanlar vətənpərvər ziyalılarımızın yeritdiyi fəal maarifçilik təmayülünü davam etdirmək kimi çətin və şərəfli missiyanı öz üzərinə götürmüşdür və s.

Bizcə şərhə ehtiyac yoxdur.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Mövzunu diqqətdə saxlayacagıq.


Qaynarxett.az