backend

59-cu Beynəlxalq Oftalmoloji Kongresi Antalyada keçirildi - FOTOLAR

19–23 noyabr 2025-ci il tarixində Türk Oftalmoloji Dərnəyinin böyük elmi tədbirlərindən biri olan 59-cu Beynəlxalq Oftalmoloji Kongresi Antalyada keçirildi.

Qaynarxett.az xəbər verir ki, konqresdə Türkiyənin və dünyanın müxtəlif ölkələrindən, eləcə də Azərbaycandan gələn oftalmoloqlar, professorlar, bu sahə üzrə mütəxəssislər bir araya gələrək oftalmologiyanın ən aktual mövzularını müzakirə etdilər. Konfransda 2500 nəfər iştirak edirdi. Tədbir çərçivəsində sunumlar, poster təqdimatları, sözlü bildirələr və elmi müzakirələr keçirildi.

Kongres çərçivəsində müasir cərrahi texnologiyalar, süni intellektin göz xəstəliklərində tətbiqi və yeni müalicə protokollarına dair elmi sessiyalar keçirildi. Yerli və beynəlxalq ekspertlərin iştirakı ilə panel və kurslar təşkil olundu. Həmçinin sərgi sahəsində göz tibbi avadanlıqları və ən son innovativ məhsullar nümayiş etdirildi.

Bu il kongres çərçivəsində Türk Oftalmoloji Dərnəyi tərəfindən həyata keçirilən ən önəmli sosial layihələrdən biri də “100. Yıl TOD Hatıra Ormanı” təşəbbüsü oldu. Layihə çərçivəsində minlərlə fidan əkilərək gələcək nəsillərə yaşıl irs buraxılması məqsədi ilə mühüm addım atıldı.

59-cu Beynəlxalq Oftalmoloji Kongresi oftalmologiya sahəsində bilik və təcrübə mübadiləsini gücləndirərək, elmi əməkdaşlıqları daha da möhkəmləndirdi.

Dəvətə və yüksək qonaqpərvərliyə görə TOD-un Genel Başkanı prof. Huban Atillaya, TOD-un Genel Sekreteri və gələcək dönəm Genel Başkanı prof. Kıvanç Güngörə, TCOD-un Genel Başkanı Prof. Öner Gelişkenə və TCOD-un Onursal Başkanı Sunay Dumana ,Prof.DR. Süleyman Kaynaka və digər həmkarlara təşəkkür edirəm.