backend

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Göycay nümayəndəliyində NƏ BAŞ VERİR?

Mədəniyyət sahəsində şəffaflıq problemi: suallar cavab gözləyir

Göyçay rayonunun Yalman kəndində fəaliyyət göstərən mədəniyyət müəssisələri ilə bağlı son dövrlər ictimaiyyət arasında müxtəlif suallar dolaşmaqdadır. Xüsusilə kənd klubunun müdiri və eyni zamanda mədəniyyət mərkəzi ilə həmkarlar təşkilatında rəhbər vəzifə daşıyan Gülçin Babayeva ətrafında səslənən iddialar diqqət çəkir.

İddialara görə, adı çəkilən şəxsin ali təhsil diplomunun həqiqiliyi ilə bağlı şübhələr mövcuddur. Bu kontekstdə ortaya çıxan ən mühüm suallardan biri də budur: əgər şəxs artıq ali təhsilli kimi fəaliyyət göstərirsə, İsmayıllı Humanitar Kolleci kimi orta ixtisas təhsil müəssisəsində qiyabi təhsil alması hansı zərurətdən irəli gəlir?

Bu vəziyyət bir neçə ehtimalı gündəmə gətirir:

  • Əgər ali təhsil diplomu mövcuddursa, niyə əlavə olaraq orta ixtisas təhsilinə ehtiyac yaranıb?
  • Əgər belə bir ehtiyac varsa, bu, əvvəlki təhsilin yetərsizliyi və ya hüquqi qüvvəsinin olmaması ilə bağlı ola bilərmi?
  • Yoxsa bu, sadəcə peşəkar inkişaf məqsədli bir addımdır?

Bu sualların cavabı yalnız rəsmi araşdırma nəticəsində aydınlaşa bilər.

Məsələyə daha geniş kontekstdə baxdıqda isə regionda idarəetmə və kadr siyasəti ilə bağlı ümumi narahatlıqlar da diqqətdən yayınmır. İddialarda regional idarənin rəhbəri Namiq Tariverdiyevin adı çəkilir və onun müəyyən şəxslərə xüsusi münasibət göstərdiyi vurğulanır. Bu kimi iddialar, əgər əsaslıdırsa, dövlət qurumlarında şəffaflıq və obyektivlik prinsiplərinin pozulması ehtimalını gündəmə gətirir.

Mədəniyyət sahəsi cəmiyyətin mənəvi sütunlarından biridir. Bu sahədə çalışan şəxslərin peşəkarlığı, etik davranışı və qanunlara uyğun fəaliyyəti xüsusilə vacibdir. Əgər bu prinsiplərə xələl gətirən hallar varsa, onların araşdırılması yalnız bir şəxsin deyil, bütövlükdə sistemin sağlamlaşdırılması baxımından əhəmiyyətlidir.

Aidiyyatı qrumlara çağırış

Ortaya çıxan sualların cavabsız qalması ictimai etimadı sarsıdır. Buna görə də müvafiq dövlət qurumları tərəfindən rəsmi araşdırma aparılması, təhsil sənədlərinin hüquqi statusunun yoxlanılması, vəzifə bölgüsündə şəffaflığın təmin edilməsi zəruri görünür.

İctimai nəzarət və açıq müzakirə isə sağlam idarəetmənin əsas şərtlərindən biridir. Məsələ ilə bağlı rəsmi açıqlamalar verildiyi təqdirdə, həm iddiaların doğruluq dərəcəsi aydınlaşar, həm də cəmiyyətin sualları cavabını tapar.


Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Ardı var...

Qaynarxett.az