Qaynarxett.az xəbər verir ki, görüş zamanı vətəndaşların müraciətləri əsasən sosial məsələlər, məşğulluq, səhiyyə xidmətləri, elektrik təchizatının yaxşılaşdırılması, Soyuqbulaq kəndinin qazlaşdırılması və digər aktual problemlərlə bağlı olub.
Deputat tərəfindən qaldırılan məsələlər dinlənilib, aidiyyəti qurumlarla əlaqəli şəkildə həlli istiqamətində müvafiq addımların atılacağı bildirilib.
Qəbulda Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev də iştirak edib.
Görüş çərçivəsində sakinlərlə fikir mübadiləsi aparılıb, onların təklif və təşəbbüsləri diqqətlə dinlənilib.








